İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - FOTO

689 19.06.2026 12:38 Hadisə A A

Gürcüstanın Qara dəniz sahilində yerləşən məşhur Ureki kurortunda faciəvi hadisə baş verib.

Musavat.com-un məlumatına görə, güclü dalğalar nəticəsində dörd nəfəri dənizin axını aparıb.

Xilasedicilərin operativ müdaxiləsi sayəsində onlardan üç nəfərin həyatı xilas edilib.

Lakin 21 yaşlı gənci xilas etmək mümkün olmayıb. O, suda boğularaq həyatını itirib.

Məlumata görə, həyatını itirən şəxs Gürcüstanın Marneuli bələdiyyəsinin Ağməmmədli kənd sakini, 21 yaşlı Elnur Nəbiyevdir.

Hadisə yerində müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, son günlər Qara dəniz sahillərində hava şəraitinin pisləşməsi və dalğaların güclənməsi səbəbindən istirahət edənlərə təhlükəsizlik qaydalarına ciddi əməl etmək tövsiyə olunur.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR