İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış jurnalist Azərbaycan Radiosunun direktoru təyin olundu

1594 09.12.2025 19:47 Son xəbər A A

Azərbaycan Dövlət Radiosuna yeni rəhbər təyin olunub.

Musavat.com xəbər verir ki, bu vəzifəyə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri Rövşən Məmmədovun əmri ilə tanınmış jurnalist Billurə Aslanqızı gətirilib.

Qeyd edək ki, Billurə Aslanqızı Xəzər Televiziyasında “Yaxşısı budur“ verilişinin redaktoru və aparıcısı, “Aynadakı mən” proqramının müəllifi və aparıcısı olub.

2018-ci ildən Azərbaycan televiziyasında yayımlanan “Multikulturalizm” verilişinin aparıcısı və müəllifidir.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR