İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir Rəşad Nəbiyev ABŞ Ticarət Departamenti katibinin müavinləri ilə görüşüb FOTO

392 10.12.2025 11:12 Son xəbər A A

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ Ticarət Departamenti katibinin müavinləri Vilyam Kimmitt və Ceffri Kessler ilə görüşüb.

Görüşdə iki ölkə arasında əməkdaşlıq perspektivləri müzakirə edilib, Azərbaycanda investisiya üçün əlverişli mühit olduğu vurğulanıb.

Həmçinin Orta Dəhliz və Zəngəzur dəhlizinin inkişafı, eləcə də "TRIPP" layihəsinin qısa zamanda istifadəyə verilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. 

Rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

Qarşı tərəf ABŞ istehsalı olan rəqəmsal məhsulların Azərbaycana ixracında mövcud çətinliklərin aradan qaldırılmasına dəstək göstərməyə hazır olduğunu bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR