İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskinin hakimiyyətdən salınacağı iddialarına reaksiya

574 25.07.2023 08:13 Siyasət A A

Blinkendən mühüm anons: “Tezliklə Ukrayna...”

“Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun uğurunu mühakimə etmək hələ tezdir. Ukrayna hərbçiləri yerdəyişmə etdiyi zaman cəbhədə dəyişiklik yaranacaq”.

Bu fikri ABŞ Dövlət katibi Entoni Blinken deyib.

“Biz lap əvvəldən demişdik ki, bu, çətin olacaq. Siz yəqin ki, eşitmişdiniz, çoxları bildirirdi ki, ruslar ciddi və möhkəmləndirilmiş müdafiə xətti hazırlayıblar. Ukraynalılar onları keçirlər”, - o bildirib.

Blinkenin sözlərinə görə, ukraynalılar Rusiyanın müharibənin əvvəlindən işğal etdikləri torpaqların yarısını azad ediblər: “Ukraynalılar uğur üçün hər şeyə malikdirlər, çünki onlar öz torpağı, öz vətəni, öz gələcəyi, öz azadlığı üçün vuruşur. Onlar yerdəyişmə edib hərəkətə keçəndə son aylarda təlim keçmiş qüvvələr və biz də daxil olmaqla, təxminən 50 ölkənin təqdim etdiyi texnikalar əhəmiyyətli dəyişikliklərə gətirib çıxaracaq”.

Hərbi analitiklər Blinkenin optimizmini bölüşürmü? Yaxın vaxtlarda və ya yayın axırı üçün Ukrayna ordusu cəbhədə kardinal dönüşə nail ola biləcəkmi?

Bu arada müharibənin taleyi, bu kontekstdə Volodimir Zelenski ilə bağlı da ilginc iddialar ortaya çıxıb. Bir sıra ekspertlər belə fikirlər səsləndirir ki, Zelenskinin ətrafında hazırda müəmmalı proses cərəyan edir. Onun hakimiyyətdən salınacağına dair fikirlər mediada yer alıb. Bu belə əsaslandırılır ki, Ukraynada bu ilin oktyabrında parlament seçkiləri, gələn ilin yazında isə prezident seçkisi keçirilməlidir. Amma ölkə konstitusiyası hərbi vəziyyət şəraitində seçkilərin keçirilməsini qadağan edir. Ukraynada isə “seçki yarışı” başlamış kimi görünür. Məsələn, Kiyev meri Vitali Kliçko və boksçu Oleksandr Usık prezidentlik yarışında iştirak etməkdən danışır, siyasi müxalifət də hərbi vəziyyətə rəğmən, xüsusilə Vilnüs sammitindən sonra Zelenskiyə tənqidlərin dozasını artırıb.

Sabiq prezident və müxalifət lideri Petro Poroşenko indi “silahını” daha çox Kiyev hakimiyyətinə yönəldib. Poroşenkonun müttəfiqi keçmiş baş prokuror Yuri Lutsenko isə Zelenskini ölkəni müharibəyə sürükləməkdə ittiham edib. Onun sözlərinə görə, indiki dövlət başçısı hakimiyyətə “tamamilə hazırlıqsız” gəlib, Qərb müttəfiqləri ilə gərginlik yaradıb və dövlət idarəçiliyi sistemini bərbad vəziyyətə salıb.

Belə görünür ki, onlar Qərbin Zelenskidən narazı olduğunun fərqindədirlər və “biz də varıq” mesajı verərək, öz xidmətlərini təklif edirlər. Qərb mediası Ukrayna hakimiyyətindən narazılığını hələ ki əks-hücumun effektiv olmaması və ləng aparılması barədə tənqidi məqalələrlə bildirir.

Müxalifətin bu fəallığını Ukraynanın siyasi dairələrində seçkilərin ola biləcəyi haqda iddialarla bağlayanlar da var. Guya parlament və prezident seçkilərinin eyni vaxtda keçirilməsi variantı müzakirə edilir, Zelenski komandası isə rəqiblərin hazırlaşmasının qarşısını almaq üçün qəfil hərbi vəziyyəti ləğv edib seçkilər keçirə bilər. Ölkədən kənarda olan təxminən 7 milyonun elektron səsvermə yolu ilə iştirak edə biləcəyi, seçki komissiyalarında fəal hazırlıq başladığı da deyilir...

Bayden Putinə daha bir ağır zərbə vurdu: Zelenski ABŞ-dan Rusiyanı  sarsıdacaq silahla qayıdır

Amerikadan Ukraynaya dəstək, nikbin açıqlamalarla yanaşı, Zelenskini yıxmaq iddialarının ortaya çıxması maraqlı bir mənzərə yaradır. Bu mənzərəni ekspertlər necə izah edir? Ukraynada payızda seçki ola bilərmi? Hakimiyyət dəyişikliyi müharibənin hansısa formada yekunlaşmasına gətirib çıxara bilərmi? Alternativ bir güc Ukraynada iqtidara gəlsə, müharibə dayanacaqmı və hansı şərtlərlə? İşğalla barışarlarmı?

Bir çox ekspertlər bu fikirdədirlər ki, müharibənin bitməsi Rusiyadan asılıdır. Ukraynada hakimiyyət dəyişikliyi də müharibənin bitməsinə səbəb ola bilər. Rusiyanın əsas müharibə səbəbləri aradan qalxmadığı üçün Putinin müharibəni indiki kimi bitirməsi itki kimi qiymətləndirilir. Bundan əlavə, Qərb ölkələrinin Ukraynaya verdiyi hərbi, siyasi və iqtisadi dəstək Putinin bu müharibəni qazanmasını çətinləşdirir və müharibə davam etdikcə Rusiya üçün daha çox xərc yaradır. Ona görə də indiki vəziyyətdə müharibənin bitməsi yalnız iki halda mümkündür. Birincisi, Rusiyanın müxtəlif ölkələrlə döyüş meydanını genişləndirərək Qərb ölkələri üçün müharibənin davam etdirilməsinin xərclərini artırması, ikincisi isə Rusiyanın müharibəni birtərəfli qaydada bitirməsidir. Bu müharibə həm Sovet İttifaqı dövründən Rusiyanın təsiri altında olan ölkələrdə qorxuya səbəb oldu, həm də Slavyan coğrafiyasının əsas damarlarından biri olan Kiyevin eyni mədəniyyətin aktoru olan Rusiya tərəfindən dağıdılmasına səbəb oldu. Rusiya Ukraynada öz mədəni coğrafiyasındakı memarlıq, tarixi və mədəni quruluşa zərər verməmək və gərgin hərbi müdaxilə ilə müharibəni tez bir zamanda qazanmaq arasında qalıb. Birinci variant bu mərhələdə bir neçə cəhətdən çətin görünür. Rusiya müharibəni genişləndirsə, daxili siyasi təsirlər və iqtisadi xərclər onun gözlədiyindən də çox ola bilər. Bu vəziyyət müharibənin hazırkı qeyri-müəyyənliyinin açıq şəkildə Rusiyaya qarşı yönəlməsinə səbəb ola bilər. Eyni zamanda Rusiyanın döyüş meydanını genişləndirməsi uğur gətirməzsə, Rusiyanın hərbi gücünün yetərsizliyi beynəlxalq aləmdə daha çox nüfuzunu itirməsinə səbəb ola bilər. Ona görə də müharibənin bitməsi ancaq Rusiyanın birtərəfli qərarı ilə, o cümlədən geri çəkilməsi ilə mümkündür və Moskvanın bu məsələdə qalib gəldiyini göstərəcək elementlər var. Putin istəsə, Ukraynanın şərqində ilhaq etdiyi torpaqları qazanc hesab edərək təklif etdiyi vasitəçilik təklifləri ilə bu müharibəni bitirə bilər. Lakin hazırda Rusiya bu istiqamətdə heç bir iş aparmır. Bu baxımdan, müharibə 2023-cü ildə bitməyəcək. Ukraynada müharibənin gələcəyi son 20 ildə baş verənlərdən fərqli olmayacaq. Putin birtərəfli qaydada xərcləri hesablayaraq müharibəni bitirsə belə, beynəlxalq ictimaiyyətin Rusiyaya qarşı siyasi və iqtisadi embarqosu yəqin ki, tezliklə bitməyəcək. Xüsusən də Rusiyaya qarşı iqtisadi embarqonun dərinləşməsi və Qərb ölkələrinin qarşıdakı illərdə öz ehtiyaclarını enerji baxımından fərqli alternativlərlə qarşılaya bilməsi Moskvanın heç vaxt istəmədiyi bir vəziyyətdir. Rusiya artıq qlobal diplomatiyada yeni açılışlar edərək tədbirlər görməyə çalışır. Bütün bu hadisələrlə yanaşı, Almaniya başda olmaqla, bir çox Qərb dövlətləri Rusiyanın bu müharibə sayəsində sındırılmasının daha çox problemli sahələr yaradacağının fərqindədir. 1 ildən artıqdır davam edən müharibə qısa zamanda bitməyəcək, onun regional və sistemli təsirləri hər keçən gün beynəlxalq münasibətlər sahəsində hiss olunmağa davam edəcək.

Qazilər haqlarını qanun çərçivəsində tələb etməlidirlər" - Hərbi ekspert

Ramil Məmmədli

Hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a deyib ki, Ukraynanın problemi bütün parametrləri ilə - ölkənin birinci şəxsindən tutmuş, hərbi strukturlarda xidmət aparan şəxslərin yerində olmaması və ya müxtəlif cinayətlərə bulaşmaları səbəbindən meydana gəlib: “Bu amildən istifadə edən Rusiya öz hərbi imkanları ilə Ukraynanın 140 min kilometr ərazisini işğal edib. Təbii ki, Ukraynanın rəhbər şəxslərinin əks-hücumla bağlı səsləndirdikləri fikirlər milyonlarla insanda, Ukraynanı dəstəkləyən qüvvələrdə gözlənti yaradıb. Bu adamlar bəzi məqamlara diqqət etməyiblər. Müharibənin ilk günlərində Ukrayna sürətli şəkildə geri çəkilməyə məcbur oldu. Özü də strateji mövqelərdən geri çəkildilər. Bu müddət ərzində Ukraynanın Rusiya qarşısında duruş gətirəcəyini vəd etmiş ABŞ öz dəstəyini tam gücü ilə göstərmədi. Zaman isbatladı ki, bu yardım yalnız müdafiəyə və maksimum lokal əməliyyatların həyata keçirilməsinə imkan verir. Ukrayna müasir texnologiyalarla təchiz olunarsa, ona canlı qüvvə ilə dəstək verilərsə, bu halda yaxın gələcəkdə Ukrayna vəziyyəti öz xeyrinə dəyişə bilər. Ukraynaya ABŞ başda olmaqla, dəstək verən dövlətlər yalnız anbarlarda olan silah və texnikaları Ukraynaya ötürməklə işlərini bitmiş hesab edirlər. Nəticədə Ukrayna həmin ölkələr qarşısında mənəvi və maddi baxımdan borclanır. Artıq Zelenski də bunu dərk edib. Görürlər ki, proses düşündükləri istiqamətə getmir. Anlayırlar ki, əks-hücum üçün çox ciddi dəstəyə ehtiyac var və buna görə dəstəkçilərin cidd-cəhdlərinə baxmayaraq əks-hücum əməliyyatından yayınmağa çalışır. Zelenskinin komandası ABŞ və Qərbin Ukraynanı tora saldığını anlayıblar. Bu mənada Rusiyanın yaxın 30 ildə işğal etdiyi əraziləri Ukraynaya güzəştə gedəcəyinə inanmıram”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR