İnsanlara hürriyət, millətlərə istiqlal!

Brüssel Macarıstan və Slovakiyaya görə Ukraynaya heç nə deməyəcək

254 02.08.2024 19:19 Dünya A A

Avropa Komissiyası Macarıstan və Slovakiya nefti Xorvatiya üzərindən almağı məsləhət görüb.

Musavat.com xəbər verir ki, bu məlumatı Macarıstanın xarici işlər naziri Peter Siyarto sosial şəbəkə hesabından paylaşıb.

Nazir bildirib ki, AK-nın vitse-prezidenti Valdis Dombrovskis Macarıstan və Slovakiyanın LUKOIL neftinin Ukrayna üzərindən tədarükünün dayandırılması ilə bağlı sorğusuna cavab verərək, Ukraynanın bu ölkələrə neft tədarükünü təhlükə altında qoymadığını bildirib və Xorvatiya vasitəsilə tədarük marşrutundan istifadə etməyi təklif edib. Lakin Macarıstan bu təkliflə razılaşmaq istəmir. Siyartonun sözlərinə görə, Xorvatiya “etibarlı tranzit ölkə deyil”: “Çünki müharibə başlayandan bəri neft tranziti üçün ödənişlər orta bazar qiymətləri ilə müqayisədə beş dəfə artırılıb”.

Bundan əlavə, Xorvatiya tranzit potensialının genişləndirilməsi üçün lazımi investisiyalar edildiyini bildirsə də, maksimum ötürücülük imkanı sübut edilməyib.

Xatırladaq ki, iyulda Ukrayna "Lukoyl"a qarşı sanksiya tətbiq etdiyinə görə bu şirkətin neftinin öz ərazisindən nəqlini dayandırıb. Rusiya Macarıstan və Slovakiyaya başqa şirkətlərin neftini göndərməyə başlasa da, hər iki ölkə Ukraynaya qarşı cəza tədbirinin görülməsinə tələb edirlər.

Bir gün əvvəl Xorvatiya öz ərazisindən Macarıstan və Slovakiyaya zəruri həcmdə neft ötürməyə hazır olduğunu rəsmi şəkildə elan edib. Lakin Macarıstan bu təkliflə də razılaşmaq istəmir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR