İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskidən SENSASİON MESAJ: Müharibə vaxtı seçkilər yalnız BU HALDA KEÇİRİLƏCƏK

609 19.02.2026 08:34 Dünya A A

Ukrayna prezidenti Volodimir Zelenski müharibə şəraitində seçkilərin keçirilməsi üçün əsas şərtin mümkün atəşkəs olduğunu bildirib.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, prezident nəzəri olaraq iki aylıq atəşkəs əldə edilərsə, ölkədə seçkilərin təşkilinin müzakirə oluna biləcəyini deyib.

Onun sözlərinə görə, tərəfdaşlar ilk növbədə hansı məqsədi güddüklərini aydınlaşdırmalıdırlar:

“Onlar real seçkilər istəyirlər, yoxsa sadəcə məni əvəz etmək istəyirlər? Məncə, ruslar məhz bunu istəyir. Bunun mədəni yolu seçkilərdir. Amma insanlara təsir etmək mümkün deyil, onlar kiminlə yaşamaq istədiklərini özləri seçməlidirlər”, - deyə prezident Piers Morqana müsahibəsində bildirib.

Prezident əlavə edib ki, əgər ABŞ və xüsusilə Vaşinqton Ukraynada sülhün təmin olunmasına nail olarsa, seçkilərlə bağlı bəzi təkliflərə qarşı çıxmayacaq.

Onun sözlərinə görə, mümkün iki aylıq atəşkəs olsa belə, bu hələ müharibənin bitməsi demək deyil.

Zelenski qeyd edib ki, belə bir qərarın reallaşması üçün xalqın mövqeyi referendum vasitəsilə öyrənilməli, parlament isə qanunvericilikdə müvafiq dəyişikliklər etməlidir.

Qeyd edək ki, Ukraynada növbəti prezident seçkiləri 2024-cü ilin yazına planlaşdırılmışdı. Lakin Rusiyanın genişmiqyaslı hücumundan sonra ölkədə elan edilən hərbi vəziyyət səbəbindən səsvermə keçirilməsi mümkün sayılmır. Mövcud qanunvericilik də müharibə dövründə seçkiləri qadağan edir.

Prezidentin sözlərinə görə, sorğular ukraynalıların böyük hissəsinin müharibə vaxtı seçkilərin keçirilməsinə qarşı olduğunu göstərir. O, xüsusilə cəbhədə olan hərbçilərin səsverməsinin təşkili və xaricdə yaşayan milyonlarla vətəndaşın iştirakının təmin edilməsinin ciddi çətinlik yaratdığını bildirib.

İqbal RZAYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR