Zelenski ordunu hərəkətə keçirdi: Ukrayna Yaxın Şərqdəki ABŞ bazalarını "qoruyacaq".
Musavat.com xəbər verir ki, "Reuters" agentliyi Ukrayna Silahlı Qüvvələrinin yaxın bir neçə gün ərzində regiondakı Amerika hərbi obyektlərinin müdafiəsinə başlayacağını iddia edib.
Məqalədə bildirilir ki, Prezident Volodimir Zelenski artıq bununla bağlı hərbçilərə müvafiq göstərişlər verib. Kiyevin konkret olaraq hansı üsulla kömək edəcəyi — canlı qüvvə, hava hücumundan müdafiə sistemləri, yoxsa kəşfiyyat məlumatları ilə — hələlik dəqiqləşdirilmir. Hərbi ekspertlər hesab edirlər ki, Ukrayna İran PUA-larına qarşı geniş döyüş təcrübəsini ABŞ-ın İraq, Suriya və İordaniyadakı bazalarının təhlükəsizliyi üçün istifadə edə bilər. Bu addım Kiyevin Vaşinqtonla strateji müttəfiqliyini gücləndirmək və İrana qarşı qlobal koalisiyada aktiv rol almaq istəyinin göstəricisi kimi qiymətləndirilir.
Xatırladaq ki, Ukrayna rəhbərliyi bir neçə dəfə İranın həm Ukraynada, həm də Yaxın Şərqdə eyni "terror metodlarından" istifadə etdiyini bəyan etmişdi.
Musavat.com






