İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Baş Qərargah rəisini də dəyişdi

755 09.02.2024 23:41 Dünya A A

Ukrayna prezidenti Vladimir Zelenski Sergey Şaptalanı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsindən azad edərək, onun yerinə ərazi müdafiə qüvvələrinə komandanlıq edən Anatoli Bargileviçi təyin edib.

"Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisini əvəz etdim. Bu iki ildə müharibədə göstərdiyi xidmətə görə general-leytenant Sergey Şaptalaya təşəkkür edirəm. Ali Baş Komandan Aleksandr Sırskinin təklifi ilə Baş Qərargahın yeni rəisi vəzifəsinə general-mayor Anatoli Bargileviç təyin etdim”, - deyə Zelenski teleqram kanalında yayımladığı videomüraciətdə bildirib.

Bundan əvvəl Ukrayna KİV-i Valeri Zalujnının Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən istefa verməsi ilə yanaşı, Şaptala da daxil olmaqla onun ətrafının da vəzifəsindən azad ediləcəyini yazmışdı.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR