İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaxarova: “Qərbin Cənubi Qafqazda aktivləşməsi suallar doğurur”

606 07.06.2023 21:00 Son xəbər A A

“ABŞ və Avropa Birliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində birdən-birə aktivləşməsi sual doğurur”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Əvvəllər, ilk növbədə, Avropa İttifaqı tərəfindən heç kim Cənubi Qafqaz problemlərinə xüsusi maraq göstərmirdi. İndi, deyəsən, vəziyyət dəyişib. Tarixi təcrübəyə müraciət edək, görmək olar ki, kənardan təklif edilən, xüsusən də sürətləndirilmiş rejimdə tövsiyə olunan sülhpərvər düsturlar yaxşı heç nəyə gətirib çıxarmayıb. Siz regionun, münaqişənin, xalqların tarixini bilməli, problemi dərindən hiss etməli və ən əsası, məsələnin həqiqətən sülh yolu ilə həlli üçün enerjili olmalısınız. Ən əsası istəyinizdə səmimi olmaqdır”, - deyə Zaxarova bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR