İnsanlara hürriyət, millətlərə istiqlal!

Kirayə evlər BAHALAŞACAQ – Bu TARİXDƏN

635 02.08.2024 14:15 Sosial A A

Avqust ayının ortalarından başlayaraq tələbələrin təhsil aldıqları şəhərlərdə kirayə ev axtarışı başlayır. Ali təhsil müəssisələrinin əksəriyyətinin Bakıda yerləşdiyini nəzərə alsaq, əvvəlki illərdə oluğu kimi, bu il də paytaxta tələbə axını gözlənilir.

Bundan əlavə, 11-22 noyabr tarixlərində keçiriləcək COP29-la bağlı ölkəmizə turist axını da gözlənilir. Onların bir hissəsinin də məhz kirayə evlərdə qalacaqları gözlənilir.

Belə olan halda kirayə qiymətlərində artım gözlənilirmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən əmlak eksperti Ramil Qasımzadə bildirib ki, hazırda kirayə evlərin qiymətləri stabildir:

“Ancaq tələbələrin kirayə ev axtarışının başlaması birlikdə bu ayın axırından etibarən stabillik pozulacaq. Bu dəyişiklik davam edə bilər, çünki ötən illərdə artan qiymətlərin sonradan enmədiyi müşahidə edilib”.

Evlərin qiymətləri artdığı üçün kirayələrin də qiyməti artacaq.

“Sentyabrın əvvəllərindən başlayaraq evlərin qiymələrində 50-100 manat civarında artımlar olacaq. Hazırda köhnə tikililərdə birotaqlı evlərin kirayə qiyməti 300, ikiotaqlıların 400, üçotaqlıların isə minimium 500 manatdan başlayır, əşyalı olan evlərin isə qiyməti digərlərindən 50-100 manat daha bahadır”, - deyə müsahibimiz bildirib.

Ramil Qasımzadə COP29-un kirayə qiymətlərinə təsiri barəsində də öz münasibətini bildirib:

“COP29 zamanı isə otellər bu qədər turisti qəbul edə bilməyəcəklərinə görə kirayə evlərə ehtiyac yaranacaq. Bu da günlük kirayəyə verilən evlərin qiymətlərinə təsir göstərəcək”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR