İnsanlara hürriyət, millətlərə istiqlal!

“Makron Azərbaycanda erməni separatizmini dəstəklədi, Mərakeşdə isə...” - ŞƏRH

713 02.08.2024 15:36 Siyasət A A

“Fransa prezidenti Emmanuel Makronun ikiüzlülüyü yenə özünü büruzə verdi. Makron Azərbaycanın ərazi bütövlüyünü və Qarabağ üzərindəki suverenliyini bərpa etdikdə ölkəmizə qarşı diplomatik müharibəyə başladı, təxribatçı açıqlamalar verdi, BMT Təhlükəsizlik Şurasında ölkəmizə qarşı sənədin müzakirəsinə çalışdı”.

Musavat.com xəbər verir ki, bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

ELXAN.jpg (68 KB)

O qeyd edib ki, Makron Qərbi Sahara ilə bağlı mübahisədə isə Mərakeşin muxtariyyət planına dəstək verib:

“Halbuki, qonşu Əlcəzair Qərbi Saharada müstəqilliyə yol açan referendum tələb edirdi. Yəni bizim bölgə ilə paralellər aparsaq, Mərakeş Azərbaycandır. Ancaq Makron Azərbaycanda erməni separatizmini dəstəklədi, Mərakeşdə isə separatizmin əleyhinə çıxdı, bu ölkənin ərazi bütövlüyünün vacibliyini vurğuladı. “Qərbi Saharanın bu günü və gələcəyi Mərakeşin suverenliyi çərçivəsindədir” deyən Makron Cənubi Qafqazda bunun əksini həyata keçirməyə çalışdı, alınmadı. Makron bununla Ermənistanın onun üçün Əlcəzairdən daha əziz olduğunu göstərdi. Halbuki, Əlcəzair uzun illər Fransanın koloniyası olub”.

Afaq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR