İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Türkiyə ilə İsrail arasında DİPLOMATİK BÖHRAN

1046 02.08.2024 15:15 Siyasət A A

Türkiyə HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsinə görə bir günlük matəm elan edib.

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, matəmə görə İsrailin paytaxtı Təl-Əvivdəki səfirlikdə Türkiyə bayrağının yarıya endirilməsi diplomatik böhran yaradıb.

Buna cavab olaraq İsrailin xarici işlər naziri İsrael Katz Türkiyənin İsraildəki müvəqqəti işlər vəkilini nazirliyə çağırıb və qalmaqallı ifadə işlədib:

“Əgər səfirlik nümayəndələri Haniyəyə yas tutmaq istəyirlərsə, Türkiyəyə gedib prezident Ərdoğanla birlikdə yas tuta bilərlər”.

Qeyd edək ki, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İranın yeni prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak etmək üçün Tehrana səfər edib. İran İnqilabı Keşikçiləri Korpusu iyulun 31-də səhər saatlarında verdiyi bəyanatda Haniyənin Tehrandakı iqamətgahında öldürüldüyünü açıqlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR