İnsanlara hürriyət, millətlərə istiqlal!

Burada günahsız azərbaycanlıların qanı var - “Lotu Hikmət”, “Malış Söhbət”, “Razboynik Çingiz”... - VAHİMƏLİ GÖRÜNTÜLƏR FOTO

1994 02.08.2024 14:55 Reportaj A A

İLK YAYIM SAATI: 10:18

Şuşanın hər küçəsini gəzəndə, hər döngəsini dönəndə sevinc hissi yaşayırıq, qəlbimiz qürurla dolur. Ancaq Şuşada bir yer var ki, ora bizi indi də incidir. Bu, azərbaycanlı əsirlərin işgəncə gördüyü, həyətində diri-diri basdırıldığı Şuşa türməsidir.

Şuşa türməsi hazırda boş, yiyəsiz qalıb. Orada artıq işgəncə görən əsirlərin səsi eşidilmir. Ancaq vahiməli divarlar, darmadağın olmuş hücrələr çox şeydən xəbər verir. Tarix yenidir, orada işgəncə görənlər hələ sağdır və biz onların başlarına gətiriləni elə öz dillərindən eşitmişik. Artıq bu barədə xəbərdarıq.

Onu da bildirək ki, bu türmənin təkcə kameraları yox, həyəti də işgəncələrə şahidlik edib. 2023-cü ildə avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa türməsi ərazisində 17 şəxsə aid ehtimal edilən insan qalıqları aşkarlandı. Aşkarlanan 6 nəfərə aid qalıqların qarın nahiyəsində nal mismarları var idi. Tədqiqat nəticəsində müəyyən olundu ki, əsirlərə ermənilər mismarları məcbur uddurublar. Həmçinin kəsici-deşici alətlərlə küt travmaların yetirilməsi, güllələnməsi, ətraf əzalarının kəsilməsi kimi hallar da aşkarlandı. Onları həbsxananın ərazisində çirkab suların yığıldığı quyuya atmışdılar.

Ermənilərin necə qansız və vandal olduqları elə bu türmədən də açıq-aşkar görünür.

Məlumat üçün onu da bildirək ki, türmə 1848-ci ildə Rusiya İmperiyası dövründə inşa edilib.



Həbsxana 350 nəfərin cəza çəkməsi üçün nəzərdə tutulmuşdu. Sonradan bu say min nəfər məhbusadək artırılıb.

Sovet hakimiyyəti illərində qapalı tipli cəzaçəkmə müəssisə kimi fəaliyyət göstərib. Əsasən ağır cinayət törətmiş məhbusların saxlanma yeri olub.

Şuşa həbsxanasının 99 kamerası olub ki, bunların 96-da dustaqlar qalıb, 3-ü isə cərimə otağı kimi istifadə olunub. Məhbuslar həbs olunduqları maddələrə uyğun olaraq, kameralara bölüşdürülürdü. Buna uyğun bəzi kamerada 2, bəzilərində isə 30-40 məhbus saxlanılırdı.

İndi bütün kameralar darmadağındır.

Şuşa həbsxanası Rusiya İmperiyası və SSRİ hakimiyyəti dövründə ən dəhşətli türmələrdən hesab olunurdu. Burada cinayət aləminin məşhur nüfuzlu nümayəndələri - “Korzubı Vaqif”, “Razboynik Çingiz”, “Malış Söhbət”, Tengiz və “Lotu Hikmət” cəza çəkib.

Şəhər işğal edildikdən sonra həbsxana 1995-ci ildən Qondarma Dağlıq Qarabağ Respublikasında cinayət törədən şəxslərin saxlanıldığı islah-əmək düşərgəsinə çevrilib.

Qondarma Dağlıq Qarabağ Respublikası zamanı həbsxana 3 rejimdə — qapalı, yarımqapalı və açıq fəaliyyət göstərirdi. Qapalı rejimdə cəza çəkənlərin sayı 33 nəfərdən ibarət olduğu bildirilirdi. Yarımqapalı rejimdə 41, açıq rejimdə isə daha 58 nəfər cəza çəkirdi.



2020-ci il noyabrın 8-də Şuşa ordumuz tərəfindən azad edilənə qədər həbsxanadakı gizli hücrələrdə azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyev də saxlanılırdı.

Şuşa türməsində məhkumların ən ağır günləri erməni Qriqoryanın rəis təyin olunması ilə başlayıb. Bu, 1985-ci ilin aprelin 3-də baş verib. O, azərbaycanlı məhbuslara dəhşətli işgəncələr verməsiylə yadda qalıb.

Şuşa türməsi hələ ki, nə türmə kimi fəaliyyət göstərir, nə də sökülüb. Gələcəyi ilə bağlı konkret rəsmi açıqlama verilməyib.

Həbsxananın son halından fotoları təqdim edirik:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR