İnsanlara hürriyət, millətlərə istiqlal!

Görün Qərb kəşfiyyatı Putin haqqında nələri üzə çıxardı: Krasikovun azad edilməsinin SİRRİ

1052 02.08.2024 15:27 Dünya A A

Qərb kəşfiyyatı Putin və Krasikovun keçmişdə sıx əlaqədə olduğunu və qatilin Kreml üçün təhlükəli biliyə malik olduğu qənaətinə gəlib.

Bu barədə "Bild" məlumat əldə edib.

Qənaətə görə, Krasikovun Almaniya həbsxanasında qalması Putini qorxudurmuş. Rusiya lideri, Krasikovun onun haqqında mühüm məlumatları açıqlayacağından çəkinirmiş. Belə ki, Krasikov onu azad etmək üçün prosesləri lazımi səviyyədə aparmadığına görə Rusiya rejimindən qisas ala və ya Almaniya hakimiyyət orqanları ilə razılaşa bilərdi.

Materialın məğzinə görə, Putinin hakimiyyətə gəlməsində Krasikovun rolu ola biləcəyinə dair şübhələr də var. Onun 1990-cı illərdə Anatoli Sobçak və müavininin yanında işlədiyi, onların siyasi rəqiblərinə qarşı hərəkətə keçdiyi güman edilir. Lakin 2000-ci ilin fevralında, Putin prezident kimi fəaliyyətə başladıqdan bir neçə həftə sonra Sobçak qəfil öldü. Ölümün rəsmi səbəbi infarkt göstərilsə də, bu, bir versiya olaraq qaldı. Qohumları Sobçakın öldürüldüyünü güman edirdilər.

"Bild" düşünmək üçün belə suallar qoyub: Krasikovun Putinin siyasi mentorunun öldürülməsi ilə əlaqəsi varmı? Və iz Putinin özünə aparmırmı?

Qərb kəşfiyyatı bundan şübhələnir və Putinin Krasikovun azad edilməsi üçün bu qədər inadla mübarizə aparmasının məhz buna görə olduğunu düşünür. Putin keçmişində olanlara böyük əhəmiyyət verir. (Publika.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR