İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden onlara TƏŞƏKKÜR ETDİ 

341 02.08.2024 15:04 Dünya A A

ABŞ prezidenti Co Bayden müttəfiq ölkələrə Rusiya ilə məhbus mübadiləsində iştiraka görə təşəkkür edib. Baydenin sözlərinə görə, mübadilə onlar üçün "çətin sınaq" olub.

Musavat.com xəbər verir ki, bu barədə "Azadlıq" radiosu məlumat yayıb.

Baydenin sözlərinə görə, Almaniya və Sloveniya "onların bilavasitə maraqlarına zidd" qərarlar qəbul etməli olublar. Ağ Ev rəhbəri amerikalıların, jurnalistlər Alsu Kurmaşeva və Evan Gerşkoviçin, keçmiş hərbçi Pol Ulianın çətin şərtlər daxilində azad edildiyini vurğulayıb.

ABŞ prezidenti Berlində keçmiş çeçen səhra komandiri Zelimxan Xanqoşvilini qətlə yetirməkdə təqsirli bilinən və buna görə ömürlük cəza alan FTX zabiti Vadim Krasikovu azad edən Almaniya kansleri Olaf Şoltsa xüsusi təşəkkürünü bildirib.

"Olaf Şolts inanılmaz idi", - deyə Bayden qeyd edib.

Sloveniya isə Rusiyaya casusluqda təqsirli bilinən Artyom və Anna Dultsevləri Rusiyaya ekstradisiya edib. Co Bayden rəsmi Lyublyananın son anda mübadilə sxeminə qoşulduğunu bildirib.

Qeyd edək ki, Rusiya və ABŞ arasında mübadilə prosesi Türkiyə Milli Kəşfiyyat Təşkilatının koordinatorluğu ilə həyata keçirilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR