İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə qəribə hadisə - Qadın bazara girərək bütün məhsulları küçələrə səpdi - VİDEO

447 02.08.2024 14:50 Hadisə A A

Türkiyənin Mersin şəhərində bir qadın naməlum səbəbdən bazarda olan dükanlar bir-bir dağıtmağa başlayıb. Belə ki, dükan sahiblərindən birinin üzünə qoz atan qadının 50 mağazaya hücum etdiyi öyrənilib. Həmin anlar kameralara düşüb. 

 İyulun 30-da baş verən hadisədə kimliyi hələ müəyyən edilməyən qadın əvvəlcə kosmetika mağazasının qarşısındakı stendi dağıdıb.

Daha sonra qadın qaçaraq şüşə qablar olan mağazanın piştaxtasını və çərəz dükanının qarşısındakı stendi dağıdıb. Fındıq yeşiklərini əvvəlcə küçəyə səpib, daha sonra fındıqları mağaza sahibi Adnan Çetelin üzünə atıb.

Daha sonra başqa bir satıcının yumurta piştaxtasını yerə tökərək hadisə yerindən qaçıb.

Qeyd edək ki, qadının hansı səbəbdən bunları etməsi məlum deyil./BAKU.WS/

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR