İnsanlara hürriyət, millətlərə istiqlal!

Zakir Həsənov: “Prezident Şuşa əməliyyatında bunu qəti qadağan etmişdi” - VİDEO

924 27.06.2022 15:12 Gündəm A A

“Biz hələ ki Şuşa əməliyyatını tam şəkildə ictimaiyyətə çatdıra bilmirik. Burada məxfilik amili var”.

Bunu AzTV-yə açıqlamasında müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

“Şuşa əməliyyatının hazırlanmasında bir neçə məsələni xüsusi qeyd etmək istəyirəm. Biz bu planı hazırladıqdan sonra cənab Prezidentə təqdim etdik, o da müəyyən düzəlişlər etdi.

Düşmən bizi fərqli istiqamətdən gözləyirdi. Onlar bizim hücum edəcəyimizi gözlədikləri Ağdam istiqamətində böyük qrup saxlayırdılar. Daha sonra həmin qrup mühasirəyə düşdü. Döyüşlər dayanmasaydı, Ermənistan ordusu orada böyük itkilər verəcəkdi. İkinci növbədə, ermənilər bizi Qırmızı bazar tərəfdə gözləyirdilər. Orada da güclü müdafiə qurmuşdular. Buna baxmayaraq, bizim qəhrəman mühəndis qoşunları bir gecədə meşənin üzərindən yol açdı. Hazırda maşınla getdiyiniz Zəfər yolunu onlar bir gecədə açdılar. Həmin yol, təbii ki, torpaq yol idi. Yağış da yağırdı, yollar palçıq idi”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR