İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni internet provayderin gəlişi nəyi dəyişəcək ?

1497 08.06.2023 22:05 Son xəbər A A

Məlum olduğu kimi, bir neçə ay öncə Azərbaycanın internet bazarına ölkəmizi beynəlxalq internet şəbəkəsinə bağlayan 3-cü magistral (Backbone) internet provayderinin daxil olduğu haqda informasiya yayılmışdı. Bildirilirdi ki, bu səlahiyyətin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin(RİNN) tabeliyində olan "Aztelekom" MMC-yə verilməsi üçün işlər aparılır. 

Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz  bildirib ki, artıq 3-cü “Backbone” provayderin reallaşmaq üzrədir: “Xaricdən internet trafiki daşıyaraq  ölkəyə gətirən iki magistral (backbone) provayderimiz var – “Delta Telekom”və “AzerTelecom”. Hansı ki, digər 200 provayder interneti bu iki qurumdan alaraq bizlərə satırlar. Bir müddət öncə dövlət operatoru olan “Aztelekom” un da magistral provayderə çevrilməsi ilə bağlı məsələ gündəmə gəlmişdi. Ötən gün “Baktelecom” bildirib ki, 1 Gbit/s internet sürəti verməyə hazırdır. Çox ciddi mesajdır. Güman ki, “Baktelecom” yaxın perspektivdə aldığı və satdığı trafikin həcmini xeyli qaldıracaq. Nəzərə alsaq ki, “Baktelecom” və “Aztelekom” ölkənin ən böyük provayderləridir, məsələnin ciddiliyi məlum olur. Hər iki operator ölkənin əsas internet təchizatçısı olan  “Delta Telekom” dan indiyədək təxminən  300 Gb-dən çox trafik alırdı.

Bu isə “Delta”nın xaricdən aldığı toplam tutumunun çox böyük hissəsini təşkil edir. RİNN-nin "Onlayn Azərbaycan" layihəsi və internet sürətin 1 Gbit/s ilə bağlı mesajları göstərir ki , yaxın perspektivdə bu operatorların “Delta”-dan aldığı trafik kəskin artacaq. Beləliklə, təxmini hesablamaqla müəyyən etmək olar ki, RİNN-nin hər iki operatoru hər ay aldıqları trafikə görə “Delta”-ya ümumilikdə  1-2 milyon manat ödəniş edirlər. Eyni zamanda, zaman-zaman bəzi provayderlər aldıqları trafikin beynəlxalq deyil, daxili trafik olduğunu vurğulayırlar və ödənişin buna uyğun hesablanmasını istəyirdilər. Düşünmək olar ki, 3-cü magistralın gəlişi həm də bununla bağlıdır. Yəni görünür ki, dövlət operatorları artıq bu tip böyük ödənişləri etməyi arzulamırlar. Nəzərə alsaq ki, dövlət şirkəti olan “Azercell” və RİNN-nin  digər qurumları da “Delta”-dan xeyli trafik alır, şübhəsiz ki, yeni operatorun bazara daxil olması xeyli dəyişiklik yaradacaq”.

Osman Gündüz həmçinin bildirib ki, RİNN operatorlarının Delta-dan ayrılması, bu operatora təsirsiz ötüşməyəcək: “Bizim rəqəmsal bazar onsuzda çox kiçikdir. Ölkənin ən qədim telekom operatoru olan “Delta Telekom” əvvəldən də artıq yerli bazardan daha çox qonşu ölkələrə, İrana və onun vasitəsilə Asiya istiqamətində trafik satdığını açıqlamışdı. Düşünmək olar ki, “Delta” bu istiqamətdə, xarici bazarlara yönəlik biznesi  daha da canlandırmağa  çalışacaq. Bununla belə, mövcud geopolitik durumda, İranla bağlı sanksiyaları da nəzərə alsaq bu istiqamətdə də risklər qaçılmazdır”.

Osman Gündüz xatırladıb ki, 3-cü magistral provayderin bazara daxil olması bir neçə il öncə təsdiqlənmiş Strateji Yol Xəritəsində də öz əksini tapsa da, həmin vaxt bunu reallaşdırmaq mümkün olmamışdı. 

Xalidə Gəray
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR