İnsanlara hürriyət, millətlərə istiqlal!

XİN başçılarının nəticəsiz Moskva görüşü - Kreml istəyir ki...

1089 27.07.2023 11:22 Siyasət A A

Ekspertlər Rusiya paytaxtında baş tutmuş üçtərəfli növbəti görüşdən də hər hansı bir ciddi irəliləyiş gözləmir; parlament səviyyəli görüşlər effekt verəcəkmi?

25 iyul tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla ikitərəfli, daha sonra isə Rusiya xarici işlər naziri və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla üçtərəfli görüşlər keçirib.

Moskvada keçirilən görüşdə diqqətçəkən bir sıra məqamlar, bəyanatlar var. Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib ki, danışıqlarda müzakirə olunan bütün problemlər toplusu ilə sıx əlaqəli olan delimitasiya məsələlərinə, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin tezliklə bağlanması məsələlərinə xüsusi diqqət yetirilib. “Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla faydalı danışıqlarımız oldu” - Lavrov deyib. Rusiya XİN başçısı Moskva görüşünün yekunları barədə yaydığı açıqlamasında deyib ki, ölkəsi 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatından bəri sülh prosesində əsas vasitəçi kimi, liderlərin üçtərəfli bəyanatlarına tam uyğun olaraq böhranın tezliklə həllində maraqlıdır. Rusiya XİN rəhbəri onu da bildirib ki, müzakirə olunan bütün problemlər toplusu ilə sıx əlaqəli olan delimitasiya məsələlərinə, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin tezliklə bağlanması məsələlərinə xüsusi diqqət yetirilib. “Ümid edirik ki, bu müqavilənin imzalanması böyük danışıqlar prosesinin kulminasiya nöqtəsi olacaqdır. Bu, asan yol deyil. Həll edilməli çoxlu mürəkkəb və vacib məsələlər var. Onlardan ən həssası Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin 1991-ci ildə keçmiş sovet respublikalarının rəhbərləri tərəfindən imzalanmış Almatı Bəyannaməsinə tam uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi kontekstində təmin edilməsi problemidir. Bəyannamənin effektivliyi bu gün həm Azərbaycan, həm də Ermənistan rəhbərliyi tərəfindən təsdiqlənib. Buna uyğun olaraq sülh müqaviləsi üzərində iş aparılır”, - Lavrovun açıqlamasında deyilir. “Ermənistan tərəfi Qarabağ ermənilərini müvafiq qanunvericilikdən və beynəlxalq öhdəliklərdən, o cümlədən çoxsaylı konvensiyalardan irəli gələn milli azlıqların hüquqlarını razılaşdırmaq üçün Azərbaycan nümayəndələri ilə görüşməyə razı salmağın zəruriliyini başa düşür. Azərbaycan tərəfi öz ərazisində yaşayan şəxslərə münasibətdə qarşılıqlı əsasda eyni zəmanətləri verməyə hazırdır. Ermənistan tərəfi də bütün konvensiyaların öz ərazisində yaşayan vətəndaşlara tətbiqi ilə bağlı eyni şeyi etməyə hazırdır”, - deyə nazir vurğulayıb. (Sputnik.az) Daha sonra nazir bugünkü müzakirələrin bu və digər sahələrdə danışıqlar prosesinə müsbət təkan verməyə kömək edəcəyinə ümidvar olduğunu dilə gətirib: “Hazırkı mərhələdə ən yaxşı nəticə regionda nəqliyyat kommunikasiyalarının açılmasına dair konkret məsələlərin razılaşdırılması ilə məşğul olan üç baş nazirin müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrupunda razılığın əldə olunmasıdır. Bu kontekstdə nəqliyyat sektorunda artıq təkcə regional deyil, həm də daha geniş xarakter daşıyan perspektivli layihələrin həyata keçirilməsi üçün də perspektivlər açılacaq”, - Rusiya XİN rəhbəri vurğulayıb.

Azərbaycan XİN-in məlumatına görə, görüşlərdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi müzakirə olunub. Nazir Ceyhun Bayramov bölgədə mövcud vəziyyət, Azərbaycan tərəfindən regionda sülh və təhlükəsizliyin bərqərar olunması istiqamətində atılan addımlar əleyhinə Ermənistan tərəfindən törədilən hədə və qeyri-qanuni fəaliyyətlər, habelə təyyarələrin uçuşuna törədilən maneələr daxil, hərbi təxribatlar barədə ölkəmizin mövqeyini bir daha diqqətə çatdırıb.

Nazir Ceyhun Bayramov bölgədə humanitar vəziyyətə dair səsləndirilən iddiaların tamamilə əsassız olmaqla yanaşı, bu iddiaların siyasi manipulyasiya olduğunu vurğulayıb. Ermənistan tərəfindən 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatda təsbit olunmuş öhdəliklərə zidd olaraq, Laçın yolundan hərbi məqsədlər, habelə Azərbaycanın təbii sərvətlərinin qanunsuz daşınması üçün sui-istifadə hallarına qarşı tədbirlərin Azərbaycanın suveren hüququ olduğunu bildirilib. Bu məqsədlə, eyni zamanda Azərbaycan tərəfindən Laçın dövlət sərhədindən buraxılış məntəqəsinin təsis olunmasının zəruri tədbir olduğu diqqətə çatdırılıb. Sərhəd buraxılış məntəqəsinin yaradılmasından bəri erməni sakinlərin hər iki istiqamətdə şəffaf, təhlükəsiz və nizamlanan keçidi üçün şəraitin yaradılmasına baxmayaraq, Ermənistan tərəfindən 15 iyun tarixində keçid məntəqəsinə qarşı törədilmiş təxribatın erməni sakinlərin keçidinə maneçilik törətdiyi nazir tərəfindən bildirilib. Hazırda Azərbaycan tərəfindən erməni sakinlərin tibbi məqsədlər üçün keçidinin təmin olunduğu diqqətə çatdırılıb. Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün “Ağdam-Xankəndi” yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla, bir sıra təkliflər irəli sürülməsinə baxmayaraq, erməni tərəfinin bütün təkliflərə qarşı çıxması onların məkrli niyyətlərini və humanitar vəziyyət barədə iddiaların siyasi şantaj olduğunu göstərdiyi qeyd olunub. Azərbaycanın öz suveren ərazilərində yaşayan ermənilərin reinteqrasiyası tədbirlərinə müdaxilə cəhdlərinə son qoyulması, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün sözdə və əməldə Ermənistan tərəfindən qeyd-şərtsiz təsdiqlənməsinin, eləcə də öhdəliklərə zidd olaraq hələ də tam olaraq Azərbaycan ərazisində mövcud olan erməni silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasının bölgədə sülhün təmin edilməsi üçün ən zəruri şərtlər olduğu nazir Ceyhun Bayramov tərəfindən vurğulanıb.

Prezidentin yasil enerji istehsaliyla bagli verdiyi proqnoz ozunu  dogruldacaq" - Sahib Alıyev

Sahib Alıyev: “Dialoqlardan biri də Ermənistandan deportasiya edilənlərin öz yurd yerlərinə necə qaytarılacaqları mövzusu ola bilər”

Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında bunları söylədi: “Moskva danışıqlarından sonra verilən açıqlamalardan da görünür ki, Azərbaycanla Ermənistan sülh anlaşmasından nə qədər uzaqda idilərsə, yenə də o qədər uzaqdadırlar. Və yəqin ki, bu, hər iki ölkənin xarici işlər naziri arasındakı son görüşü təşkil edənlərin də ürəyincədir. Ermənistanın təfəkkürdən çox təvəkkülə dayanaraq vaxtı uzatmağa çalışdığı kimsəyə sirr deyil. Azərbaycana gəldikdə xarici işlər naziri Cehun Bayramovun danışıqlar prosesinin dinamikası ilə nəticəsi arasında disbalansın olduğunu vurğulamasından da görünür ki, bu bizi qane etmir. Amma Prezidentimizin də bildirdiyi kimi, bunu faciə də saymırıq və bütün ssenarilərə hazırıq. Dünənki proqnozda mən Moskvada tərəflərin daha çox kommunikasiyaların açılması məsələsinə, ilk növbədə də Zəngəzur dəhlizinə diqqət yetirəcəklərini və Ermənistanın xarici işlər naziri Mirzoyanın görüş öncəsi İrana səfəri zamanı verilən açıqlamalarda da bunun hiss olunduğunu qeyd etmişdim. Sergey Lavrovun görüşdən sonra nəqliyyat sahəsində təkcə regional deyil, həm də daha geniş xarakter daşıyan yeni layihələrin önünün açıldığını və tərəflərin bu məsələdə razılığa gəlmək üzrə olduqlarını bildirməsi bir növ həmin proqnozun təsdiqidir”.

S.Alıyevin sözlərinə görə,  Rusiya xarici işlər nazirinin ilin sonuna kimi dövlət başçıları səviyyəsində də üçlü formatda danışıqların keçiriləcəyini vurğulaması göstərir ki, Kreml bu məsələdə tam razılığa gəlindiyinin məhz Moskvada açıqlanmasını istəyir: “Prinsipcə, bu, mümkündür, ancaq burada bir şeyi xatırlatmaq gərəkir ki, Prezidenti İlham Əliyev Şuşaşdakı Qlobal Media Forumunda elə məhz Rusiya təmsilçsinin sualını cavablandırarkən Azərbaycanla Ermənistan rəsmiləri arasında keçirilən bütün danışqların formatının üçtərəfli, yaxud da çoxtərəfli deyil, ikitərfli olduğunu vurğuladı. Onun nə anlam daşıdığını hər halda Moskvada bilməmiş deyillər”. Deputat digər təşəbbüsə də diqqət çəkdi: “Lavrovun Azərbaycan, Ermənistan və Rusiya parlamenti üzvlərinin üçlü dialoqları haqda bir təklifi də vardı ki, açığı, mən parlament müstəvisində başqa bir üçlü dialoqun regionda vəziyyətin normallaşmasına daha müsbət təsir edəcəyi fikrindəyəm. Söhbət Azərbaycan, Gürcüstan və Ermənistan parlamentarilərinin görüşündən gedir.  Əgər belə bir dialoqun təşkilində məqsəd Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə dəstəkdirsə, onda Konstantin Zatulin, Pyotr Tolstoy və Rusiya Dumasının bu qəbildən olan digər deputatlarının verəcəkləri "töhfə" öncədən bəllidir. Ümumiyyətlə, vəziyyətin normallaşması, regionda qarşıdurmanın aradan qalxması üçün Azərbaycan parlament diplomatiyası çərçivəsində də qarşı tərəflə beynəlxalq normalara dayanan istənilən dialoqa hazırdır. Həmin dialoqlardan elə biri də Ermənistandan deportasiya edilənlərin öz yurd yerlərinə necə qaytarılacaqları mövzusunda ola bilər".

Təqaüdlərin artımı ehtiyatda olan zabitlərə niyə şamil olunmadı? – Üzeyir  Cəfərov “Çətin sual"da - YouTube

Üzeyir Cəfərov: “Vaxt uzandıqca, sabah əldə etdikləri ciddi silahlar vasitəsilə Azərbaycana qarşı təzyiq və şantaj elementlərindən istifadə edəcəklər”

Hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, Moskvada baş tutmuş üçtərəfli növbəti görüşdən də hər hansı bir ciddi irəliləyiş gözləmir: “Ona görə ki, Rusiya və Ermənistan bu tip görüşlərin davamını gətirirlər ki, bundan sonra da manevr etmək üçün imkanları olsun. Elə Lavrovun 3 ölkə rəhbərlərinin hansısa sammiti, üstəlik, parlamentlərinin nümayəndələrinin görüşmək arzusunu dilə gətirməsi o anlama gəlir ki, Moskva üzərinə götürdüyü və imza qoyduğu öhdəliklərin həllini deyil, sadəcə, prosesi uzaq bir zamana dalana salmaq üçün fəaliyyətdədir. Onlar Qarabağ məsələsinin həllində maraqlı deyillər. Və bu gedişlə hələ uzun illər müxtəlif mövzuları gündəmə gətirməklə öz varlıqlarını regionda uzatmaq üçün məqsədyönlü siyasət həyata keçirirlər. Ona görə də mən bu görüşü də itirilmiş vaxt kimi dəyərləndirirəm və bəzi proseslərin heç də bizim xeyrimizə olmadığı qənaətindəyəm”.

Ü.Cəfərov hesab edir ki, vaxt uzandıqca, sabah əldə etdikləri ciddi silahlar vasitəsilə Azərbaycana qarşı təzyiq və şantaj elementlərindən istifadə edəcəklər: “Bu, açıq-aydın görünür. 2020-ci ilin noyabrında imzaladıqları sənəddən 3 il keçir, bu adamlar orada yazılanlara əhəmiyyət vermir və qeyri-qanuni erməni silahlı dəstələrini ərazilərimizdən çıxartmır və bu haqda bir kəlmə belə danışmırlar. Niyə? Çünki məkrli və xain planları, məqsədləri var. Onu reallaşdırmaq üçün isə bu cür mənasız onlarla görüş, müzakirə keçirib və məqsədlərini reallaşdırmaq fikrindədirlər. Biz isə bu cür addımların qarşısını almalıyıq. Proseslər get-gedə daha da dalana və mürəkkəbləşməyə doğru aparılır. Bu da Moskva ilə İrəvanın razılaşdırdıqları oyundur”.

Ermənistanın məkrli siyasətini, danışıqlardan vaxt qazanmaq fürsəti kimi yararlanmaq istədiyini cəmi bir gün sonra görmək mümkün oldu. Paşinyan Zod mədəninə getmək istədiyini açıqlayıb. Digər tərəfdən, Ermənistana İran yolu ilə Hindistan silahları daşındığına dair görüntülər yayıldı. Demək, düşmən növbəti təxribatlara hazırlaşır...

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR