İnsanlara hürriyət, millətlərə istiqlal!

Xərçəngə tutulan nazirin vəziyyəti PİSLƏŞDİ: Hazırda xəstəxanada... - FOTO

2053 12.02.2024 17:24 Dünya A A

ABŞ-ın müdafiə naziri Lloyd Ostin "təcili sidik kisəsi problemi" səbəbindən xəstəxanaya yerləşdirilib.

Musavat.com xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkən 70 yaşlı nazir hazırda Virciniya ştatındakı Valter Rid Milli Hərbi Tibb Mərkəzində reanimasiya şöbəsində müalicə olunur.

Həkimlər sidik kisəsindəki problemin xərçəngin müalicə prosesinə təsir etməyəcəyini bildiriblər.

Pentaqon bəyanat yayaraq Ostinin öz vəzifələrini müdafiə nazirinin müavini Ketlin Hiksə təhvil verdiyini bildirib.

Ostin Rusiya-Ukrayna müharibəsi ilə bağlı görüş üçün bu həftə Brüsselə getməli idi, lakin onun vəziyyətinin buna imkan verib-verməyəcəyi bilinmir. Belə ki, Ostinin xəstəxanada nə qədər qalacağı hələlik məlum deyil.

Qeyd edək ki, ABŞ-ın müdafiə naziri ötən il dekabrın 22-də prostat xərçənginin müalicəsi üçün əməliyyat olunub. Yanvarın 1-də Ostin müxtəlif ağırlaşmalar, o cümlədən kəskin qarın, bud və ayaq ağrıları, həmçinin ürəkbulanma səbəbindən yenidən xəstəxanaya yerləşdirilib və onda sidik yollarının infeksiyası olduğu müəyyən edilib. İki həftə xəstəxanada qalan nazir müalicədən sonra yanvarın 15-də evə buraxılıb. ABŞ müdafiə naziri prostat xərçəngi diaqnozu qoyulduqdan sonra dekabr və yanvar aylarında xəstəxanaya yerləşdirildiyini açıqlamadığı üçün ona qarşı istintaq başladılıb.

65ca11ca82155cfb1d06f534.jpg (35 KB)

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR