İnsanlara hürriyət, millətlərə istiqlal!

“Xankəndi əməliyyatı” ilə bağlı SON DƏQİQƏ açıqlaması: “Biz arxayınıq ki...”

3571 20.04.2023 15:13 Gündəm A A

Prezident İlham Əliyev 2 gün öncə “Xankəndi əməliyyatı”nın anonsunu verdi.

Prezidentin anonsu Qarabağ ermənilərini reinteqrasiyaya gətirə biləcəkmi? Onların Bakıya görüşə gəlmə ehtimalı nə dərəcədədir?

“Xankəndi əməliyyatı” hansı müddətdə reallaşa bilər?

Suallarımızı millət vəkili Elman Nəsirov cavablandırıb.

elma.jpg (79 KB)

Millət vəkili Musavat.com-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyev 2 gün öncə Xankəndi və ətraf bölgələrdə yaşayan ermənilərlə bağlı öz konkret, prinsipial və qətiyyətli mövqeyini növbəti dəfə açıqladı.

Elman Nəsirovun sözlərinə görə, ölkə başçısı qeyd etdi ki, məhz Xankəndi və ətraf bölgələrdəki ermənilər Azərbaycana reinteqrasiya olmalıdırlar:

“Bu məqsədlə öz təmsilçilərini Bakıya göndərməlidirlər. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir və Azərbaycanda digər etnosların malik olduqları eyni hüquqlardan istifadə etməlidirlər. Bunu istəməyənlər, qəbul etməyənlər özlərinə istədikləri yerdə məkan tapa bilərlər. Qarabağ və Şərqi Zəngəzur onların yaşaması üçün bölgə olmayacaq. Cənab Prezident dəfələrlə öz çıxışlarında qeyd edib ki, Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizlik məsələsi Azərbaycanın daxili işidir, heç kim buna qarışa bilməz. Prezident bir daha vurğulayıb ki, Azərbaycan vətəndaşı olan ermənilər bütün konstitusion hüquqlardan istifadə edəcəklər”.

db4f4aa6-5586-32b6-b51f-fdcb88a63fbc_850.jpg (124 KB)

Millət vəkilinin sözlərinə görə, burada diqqəti cəlb edən əsas məsələ odur ki, Prezidentin anonsunu verdiyi məsələ, yəni ermənilərin Azərbaycana reinteqrasiyası nə dərəcədə realdır?:

“Onların təmsilçilərinin Bakıya gəlmə ehtimalı nə dərəcədədir? Ermənilər papaqlarını qarşılarına qoyub düşünməlidirlər ki, reinteqrasiya olmayacağı təqdirdə Azərbaycan bu vəziyyətlə barışmayacaq. Azərbaycan öz torpaqları üzərində suveren hüquqlarını tam bərpa etməlidir. Xankəndi və ətraf rayonlarda bunun reallaşdırılması artıq zaman məsələsidir. Prezident İlham Əliyev məlum çıxışında da vurğuladı ki, əks halda alternativ variant qaçılmaz olacaq. Əgər biz bunu sülhlə istəyiriksə və bu, baş tutmursa - ermənilər həm təmsilçi göndərmir, həm də Azərbaycan vətəndaşlığını qəbul etmək istəmirlərsə, belə vəziyyətdə alternativ olaraq Azərbaycan antiterror əməliyyatı keçirmək hüququnu özündə saxlayır. Buna görə də bütün məsuliyyət Ermənistan siyasi-hərbi rəhbərliyi və onun formalaşdırdığı xunta rejiminin tör-töküntülərinin üzərinə düşəcək”.

Elman Nəsirov hərbi əməliyyatların başlama müddətindən də danışıb:

“Bu, sırf müzəffər Ali Baş Komandanın səlahiyyətində olan məsələdir. Onun məşhur ifadəsi var - qeyd edir ki, biz 2 halda hərəkətə keçirik: zaman və geosiyasi vəziyyət bizim xeyrimizə işlədikdə. Eyni zamanda başqa bir məşhur fikri də var - biz nəyi necə və nə zaman etməyi çox gözəl bilirik. Cənab Prezident bu prosesləri çox gözəl bilir. İkinci Qarabağ müharibəsində tarixi zəfərimizin əldə edilməsində də bu yanaşma tərzinin müstəsna rolu olub. Ona görə də biz bu məsələlərlə bağlı tam arxayınıq ki, Prezident İlham Əliyev bütün proseslərin içərisindədir, lazımi zamanda və məqamda konkret addımlarını atacaq”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR