İnsanlara hürriyət, millətlərə istiqlal!

Xameneinin müavini yol qəzasında həlak oldu

1026 30.06.2026 08:25 Dünya A A

İranın ali lideri Müctəba Xameneinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrindəki (HDQ) siyasi məsələlər üzrə müavini Məhəmməd Əkbərzadə yol-nəqliyyat hadisəsi nəticəsində ölüb.

Bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Bildirilib ki, o, Kirman əyalətində avtomobilin aşması nəticəsində həlak olub.

M. Əkbərzadə tibb müəssisəsinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb./"Report"

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR