Türkiyəli aktrisa Sıla Türkoğlu sevgilisi Ata Ayyıldızla sosial şəbəkədə paylaşdığı romantik foto ilə diqqət mərkəzinə düşüb.
"Kızılcık Şerbeti" serialında canlandırdığı "Doğa" obrazı ilə tanınan aktrisanın paylaşımı qısa müddətdə sosial mediada geniş müzakirələrə səbəb olub.
Sıla Türkoğlu və Ata Ayyıldızın münasibətlərinin uğurla davam etdiyi bildirilir. Xatırladaq ki, cütlük 2025-ci ilin avqustunda İtaliyanın Komo gölü sahilində nişanlanıb. Həmin vaxt Ata Ayyıldız aktrisaya evlilik təklifi etmişdi.
Aktrisanın son paylaşımı izləyicilər tərəfindən böyük maraqla qarşılanıb və sosial şəbəkələrdə çoxsaylı bəyənmə və şərhlər toplayıb.//Demokrat.az







