İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Ordusundan İrana hücum və Hörmüzlə bağlı mühüm açıqlama

543 24.07.2026 09:16 Dünya A A

ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ hərbi qüvvələrinin İrana qarşı iki saatdan çox davam edən ardıcıl 13-cü gecə hücumunu başa vurduğunu açıqlayıb.

Musavat.com xəbər verir ki, məlumat komandanlığın X hesabında yayılıb: "CENTCOM qüvvələri İranın Hörmüz boğazından keçən mülki dənizçilər və ticarət gəmiləri üçün yaratdığı təhlükəni daha da azaltmaq üçün İranın hərbi komandanlıq mərkəzlərini, dron saxlama qurğularını, rabitə şəbəkələrini, sahil müşahidə yerlərini və dəniz qurğularını hədəf alıb".

Qeyd olunur ki, ABŞ ordusu Hörmüz boğazından keçən ticarət gəmilərinə kömək etməyə davam edir: "İran İslam İnqilabı Keşikçiləri Korpusunun son hücumlarına baxmayaraq, beynəlxalq su yolu tranzit üçün açıq qalır. Kommersiya gəmiləri ABŞ ordusunun dəstəyi ilə boğazdan sərbəst şəkildə keçməyə davam edir."

Qeyd edək ki, zərbələr İranın qərbindəki şəhərlərə endirilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR