İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynalı deputat: “Bu, Rusiyanın növbəti şantajıdır”

472 06.06.2023 20:31 Son xəbər A A

“Kaxovka su elektrik stansiyasının partladılması Ukraynanı danışıqlara məcbur etmək üçün şantaj əməliyyatıdır. Rusiya hətta öz qoşunlarının, ərazilərinin su altında olmasına və Krımın susuz qalmasına əhəmiyyət vermir”.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Oleq Dunda danışıb.

“Son günlərdə siz rus təbliğatçılarından demarkasiya xəttini düzəltmək və barışıq əldə etmək lazım olduğuna dair çağırışlar eşidirsiz. Ruslar Kaxovka su elektrik stansiyasını partladaraq Ukraynanın danışıqlara gəlməyəcəyi təqdirdə, böyük fəlakət törədə biləcəklərini göstərmək istəyirlər. Hansı ekologiyadan danışmaq olar? Onlar heç nəyə əhəmiyyət vermirlər. İndi işğal altındakı Krım da susuz qala bilər. Çünki Şimali Krım kanalında su, ümumiyyətlə, bir neçə günə yoxa çıxacaq (kanal Kaxovka su anbarından gələn su ilə doldurulur)”, - deyə ukraynalı deputat bildirib.

Oleq Dundanın fikrincə, su elektrik stansiyasının zədələnməsi yalnız Ukrayna silahlı qüvvələrinin hücumuna kömək edəcək.

“Kaxovka SES artıq bizim qoşunlarımız üçün təhlükə sayılmır”, - deyə deputat vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR