İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynadan ŞOK İDDA: Rusiya hərbçiləri…

1479 11.02.2024 10:05 Dünya A A

Ukrayna hərbi kəşfiyyatı milyarder iş adamı İlon Maska məxsus SpaceX şirkəti tərəfindən peyk internet üçün istehsal edilən Starlink terminallarının Rusiya qüvvələri tərəfindən istifadə edildiyini iddia edib.

Musavat.com xəbər verir ki, sözügedən iddia ilə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin mətbuat katibi Andrey Yusov çıxış edib.

Bildirilib ki, Rusiyanın 83-cü Hava Hücum Briqadasının Klişçiivka və Andriivka şəhərləri yaxınlığındakı bölmələrin bu terminallardan istifadə edir.

Rusiya Müdafiə Nazirliyi hələlik bu iddialarla bağlı açıqlama verməyib.

Qeyd edək ki, Starlink rəsmiləri Rusiya hökuməti və ordusu ilə əməkdaşlıq etmədiklərini bildirirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR