İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna partizan hərəkatına başlayır - mühüm dönüş

1298 02.07.2022 09:40 Gündəm A A

“Ukrayna hərbi-siyasi rəhbərliyi, belə görünür, Rusiyanın işğal etdiyi ərazilərdə ukraynalı partizanların hərəkətlərini mərkəzləşdirilmiş şəkildə əlaqələndirmək istəyir”.

Bu barədə Müharibə Tədqiqat İnstitutunun (İSW) təhlilində deyilir. Qeyd edilir ki, məqsəd Rusiyanın nəzarətini sarsıtmaq və ola bilsin ki, həm də Ukrayna qüvvələri ilə uzlaşdırılmış əməliyyatlara hazırlaşmaqdır. Ukrayna Silahlı Qüvvələrinin general-mayoru Dmitri Marçenko bildirib ki, ukraynalı partizanlar düşmənə qarşı döyüşə qoşulmaq üçün sadəcə, əlverişli anı gözləyirlər. Bəs bu 2-ci dünya müharibəsindəki kimi bir partizan müharibəsimi olacaq? Effekt verəcəkmi?

Onu da qeyd edək ki, ukraynalıların bu sahədə yaxşı təcrübələri var. Artıq Rusiyanın işğalı altına keçən bəzi Ukrayna şəhərlərində diversiya aktları törədilməyə başlayıb.

İlyas Hüseynov: Milli həmrəylik və birlik Azərbaycanı bütün dünyanı bürüyən  koronavirus sınağından da uğurla çıxmasının başlıca

İlyas Hüseynov: “Partizan hərəkatının başlanılması hərbi əməliyyatlar teatrına köklü surətdə təsir edə bilər”

Politoloq İlyas Hüseynov belə bir hərəkat başlarsa, bunun əməliyyatların gedişinə təsir edə biləcəyini vurğuladı: “Rusiya-Ukrayna müharibəsində hərbi kolonların pusquya salınması və məhv edilməsi ilə bağlı bir sıra uğurlu nümunələr var. Digər tərəfdən, 2-ci Dünya müharibəsində ukraynalı partizanlar haqqında əfsanələr dolaşır. Bu ənənəni hazırda Ukrayna Silahlı Qüvvələri davam etdirməkdə maraqlıdır. Rusiya artilleriya nöqteyi-nəzərdən üstünlüyünə rəğmən, məhz partizan hərəkatının başlanılması hərbi əməliyyatlar teatrına da köklü surətdə təsir edə bilər. Bu xüsusda bir sıra hərbi tədqiqatçılar da qeydlər edirlər. Düşünürəm ki, gələcəkdə də partizan dəstələrinin təlimatlandırılması və geniş tətbiqi həyata keçiriləcək. Çünki Rusiyanın nəzarət etdiyi bölgələrdə hazırkı status-kvonun qəbuledilməzliyi haqqında çıxışlar geniş vüsət alır. Partizan hərəkatının uğurlu nəticələr gətirəcəyi keçmişdə həyata keçirilən fəaliyyətin analizindən də asılı olacaq”.

Rusiya açıq şəkildə Qarabağda anti-Azərbaycan siyasətini davam etdirir" - MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə: “Qarşıda gərgin döyüşlər gözlənilir”

Siyasi şərhçi Məhəmməd Əsədullazadə şiddətli döyüşlərin hələ bundan sonra baş verəcəyini söylədi: “Rusiyanın hərbi təcavüzünü önləmək və işğal etdiyi ərazilərdə qoşun qruplaşmalarına zərbə vurmaq üçün Ukraynada partizan hərəkatına start verilməsinin Rusiya üçün ağır nəticələri olacaq. Qoşunların təchizatı və yolların dağıdılmasi cəbhəyə göndərilən lojistikanı ləngidəcək. Düşünürəm ki, Ukraynaya qarşı hücum əməliyyatları reallaşanda partizanlarla koordinasiyali hərəkət ediləcək. Çünki bu Rusiya şəxsi heyəti arasında panika və ciddi itkilərlə müşayiət olunacaq. Amma əsas proses Ukraynanın əks-hücumudur. Partizan hərəkatı ilə müharibədə üstünlük əldə etmək olmaz. Lakin ordunun hücumu ilə koordinasiyali fəaliyyət nəticəsində düşmənə ciddi itkilər verməklə ordunun hücumunu asanlaşdırmaq olur. Bu istiqamətdə görünür Ukrayna hücuma keçəcək. Ukraynanin 20 faiz ərazisi işğaldadir və bu metoda əl atılması Ukrayna xalqı üçün işğalçiya qarşı ənənəvi cavabdır. Dəmiryol, körpülər və yollar dağıdıldıqdan sonra, ordu birləşmələri pusquya salınması gözlənilir. Təbii ki, bu ordunun hücumu ilə birgə reallaşacaq. Bu istiqamətdə Ukraynaya NATO tam dəstək verəcək. Qarşıda gərgin döyüşlər gözlənilir və hər iki tərəf ağır itkilər verəcək. Rusiyanın arxa cəbhədə qruplaşması çətin olacaq”.

Ağdamda görüşərik - Kənan Novruzov yazır

Kənan Novruzov: “Yaxın gələcəkdə daha fərqli tendensiyaların şahidi ola bilərik”

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov son günlərdə verilən bir sıra ciddi sitatlara diqqət ayırdı: “Rusiya qoşunları İlan adasından çıxıb. Məlumatı təsdiqləyən Rusiya Müdafiə Nazirliyi bunu xoşməramlı addım kimi təqdim edib. Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak isə hadisəyə münasibət bildirərək deyib ki, bu, təzyiqlərin nəticəsidir: ”Nə qədər çox silah verilsə, sülh o qədər tez əldə edilər". Böyük Britaniyanın xarici işlər naziri Liz Trass İlan adasının Rusiya ordusundan təmizlənməsini gələcək uğurların anonsu kimi qiymətləndirib: “Ukrayna ordusu ölkənin hər yerində Rusiya ordusunu darmadağın edə bilər. Bu, yaxın gələcəkdə ola bilər. Rusiya Ukrayna ərazilərini qeyri-qanuni işğal edib. Onları bütün Ukrayna ərazisindən sıxışdırıb çıxarmaq lazımdır. Ukrayna ərazisinin yaxın gələcəkdə Rusiya ordusundan azad edilməsi realdır. Biz bunun üçün Ukraynaya ölümcül silahlarla dəstək verməyə davam edəcəyik”, - o söyləyib. Elə bu gün ABŞ Prezidenti Cozef Baydenin NATO kürsüsündən verdiyi bir açıqlama da diqqət çəkir. Belə ki, o, Rusiyanın Ukraynada Ukraynaya qalib gələ bilməyəcəyini söyləyib. İndiyədək müxtəlif dünya liderləri, siyasilər və analitiklər avqustun əvvəlindən etibarən Ukraynadakı proseslərdə dönüş yarana biləcəyini proqnozlaşdırırdılar. Məlum olduğu kimi, İlan adası Ukraynadakı əsas strateji ərazilərdən biridir. Onu da nəzərə almaq lazımdır ki, Ukrayna Silahlı Qüvvələri artıq iki kəndi də azad ediblər. Deməli, yaxın gələcəkdə yeni qələbə xəbərlərinin olacağı mümkündür. NATO-nun Madriddə keçirilən üç günlük sammitinin bitdiyi gün Ukraynadan qələbə xəbərlərinin gəlməsi də maraqlı təsadüfdür. Heç, bəlkə də, təsadüf deyil. Hər halda Alyansın dövlət və hökumət başçıları Ukraynaya dəstəyin davam etdirilməsi və Rusiyaya təzyiqin daha da artırılması barədə razılığa gəliblər. Bundan başqa, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü barədə qərar qəbul edilməsi Kremli bir az da aqressivləşdirə və daha çox səhvlər etməyə sövq edə bilər. Rəsmi Kiyev bundan istifadə edib əks-hücum əməliyyatlarına başlaya bilər. Əlbəttə, bu əməliyyatlar Qərbin dəstəyi olmadan mümkün olmayacaq. Əslində NATO sammitindən sonra Ukrayna ilə bağlı ciddi hadisələrin baş verəcəyi gözlənilən idi. Bəlkə də, proses artıq başlayıb və yaxın gələcəkdə daha fərqli tendensiyaların şahidi ola bilərik".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR