İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ukrayna-NATO daimi şurası yaradılacaq" - İtaliyalı nazir

351 11.06.2023 12:47 Son xəbər A A

İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani bildirib ki, NATO-nun iyulda Vilnüsdə keçiriləcək sammitində “Ukraynanın alyansa daxil olmasının yolu” müəyyən olunacaq.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, nazir deyib: “Bu arada biz daimi fəaliyyət göstərən Ukrayna-NATO şurasının yaradılmasına doğru gedirik. Bu, mühüm addımdır, çünki Kiyevə beynəlxalq qərarların qəbulunda iştirak etməyə imkan verəcək”.

İtaliyanın xarici işlər naziri qeyd edib ki, Roma Ukraynaya F-16 qırıcılarını “sadəcə respublikada olmadığı üçün” göndərə bilməz və eyni səbəbdən bu ölkə ukraynalı pilotlara təlim keçə bilməyəcək. Eyni zamanda, Tajani Kiyevə hərbi yardım haqqında daha bir fərmanın hazırlandığını xatırladıb. “Bizim paketimiz hərbi materiallar, uniformalar, jiletlər, sursatlardan ibarətdir. Lazım olanı edirik. Biz həmçinin Ukraynanın Aİ-yə daxil olmasını dəstəkləyirik”, - deyə o əlavə edib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR