İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Krasnodarı ALOVA BÜRÜDÜ: nəhəng neft anbarı YANIR, Zelenskinin ordusu DAĞIDIR - TV Musavat

622 22.07.2026 10:52 Son xəbər A A

Rusiyanın Krasnodar diyarının Armavir şəhərinin Şimal Sənaye Zonasında yerləşən neft anbarı pilotsuz təyyarənin zərbəsi nəticəsində yanğına məruz qalıb.

Publika.az xəbər verir ki, bu barədə şəhər meriyasının mətbuat xidməti "Max"a məlumat verib.

Şəhər administrasiyasının məlumatına görə, obyektə 16-dan çox dron hücum edib. Yanğın təxminən 800 kvadrat metr ərazini əhatə edib.

Bütün təcili yardım xidmətləri hadisə yerinə tez bir zamanda cəlb olunub. Yanğının söndürülməsində Rusiya Fövqəladə Hallar Nazirliyinin 40-dan çox əməkdaşı və doqquz xüsusi texnika iştirak edir. Səlahiyyətlilər qeyd edirlər ki, mütəxəssislər yanğının daha da yayılmasının qarşısını almaq üçün fəal şəkildə çalışırlar. Məlumatda vurğulanır ki, Armavirdə son dövrlərin ən böyük yanğınlarından biri baş verib.

Gündəmdəki bir çox xəbərləri bu gün saat 10.45-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız hərbi ekspert Üzeyir Cəfərovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR