İnsanlara hürriyət, millətlərə istiqlal!

Terrorçulara abidələrin QORUĞUNA çevrilən ölkə – Ermənistanla BARIŞIQ mümkünmü?

460 22.07.2026 13:44 Yazarlar A A

Erməni toplumunda Türkə nifrəti zəifləməyə qoymayan birinci səbəb başına gələn bunca faciələrdən sonra da ictimai şüurun ciddi dəyişməməsidir. Bu da ona görədir ki, türkofobiyanın qalmasını və güclənməsini istəyən çox məkrli daxili-xarici qüvvələr var.

Məhz həmin qüvvələr illər ərzində Ermənistan ərazisini terrorçu-quldurlara qoyulmuş abidə və komplekslərin “qoruğuna” çevirib. Türkə nifrəti, qonşulara qarşı əsassız torpaq iddialarını xüsusən də gənc nəslin şüurunda daim təzə saxlamağın bir üsulu da budur.

Erməniləri bir xalq adı altında toparlayan terror təşkilatları olub

Hədəf təbii ki, həm də Azərbaycanla, Türkiyə ilə sülh müqaviləsinin imzalanmasına imkan verməməkdir. Axı, “axırıncı türk lal, kar, kor da olsa, öldürülməlidir” deyən nasist Qaregin Njdeyə sevgi bəsləyənlərin qonşularla barışıq, əməkdaşlıq tərəfdarı olması mümkünmü?..

Təsadüfi deyil ki, erməni radikal-revanşistlər ölkədə bu qəbil əli qanlı canilərin heykəllərin sayını artırmağa çalışırlar. İndi də İrəvandan sonra Mehri rayonunda Njdenin heykəlinin qoyulmasına cəhdlər edilib. Ancaq maraqlıdır ki, “yuxarıdan” icazə verilməyib.

Şəhər meri Xaçatur Andreasyan “Hraparak"a açıqlamasında “müvafiq orqanların belə bir heykəlin qoyulmasına razı olmadığını” bildirib. Nəşrin yazdığına görə, hökumət səviyyəsində belə bir qadağa qoyulub. Əvəzində rayon ərazisindəki parkda hərbçi heykəlləri ucaldılıb...

Yada salaq, insanlıq düşməni Njdeyə Ermənistanda (İrəvanda) ilk abidə 2016-cı ildə, ozamankı prezident, Xocalı hərbi canisi Serj Sərkisyanın dövründə ucaldılıb. Açılış mərasimində Sərkisyan şəxsən iştirak edib.

Njdeyə abidə qoyulması Ermənistanın imza atdığı beynəlxalq sənədlərə ziddir  | Kaspi.az

O vaxt hətta Rusiya buna rəsmi etiraz bildirmişdi. “Belə bir abidənin İrəvanda qoyulması bizim üçün anlaşılan deyil” – XİN sözçüsü Mariya Zaxarova söyləmişdi. “Böyük Vətən Müharibəsinə münasibətimiz bəlli. Faşizm və nasizmin qəhrəmanlaşdırılmasına da münasibətimiz məlum. Ona görə də bizim üçün anlaşılan deyil niyə görə İrəvanda bu abidə ucaldılıb”, - Zaxarova sual eləmişdi.

Amma çifayda? “Dəyirman öz bildiyini” elədi...

Doğru, Qaregin Njdeyə abidə Nikol Paşinyan hakimiyyəti dönəmində qoyulmayıb. Amma Mehridə ikinci abidəyə icazə verməyən Paşinyanın özü də az aşın duzu deyil axı. Məsələ ondadır ki, 2023-cü ilin aprelində İrəvanın mərkəzində “Nemezis” terrorçu qruplaşmasına abidə kompleksi elə onun dövründə ucaldılıb.

Nemezis” abidəsi Paşinyanın boğazında ilişib qalmış sümüyə çevrilib” -  Erməni mediası | KONKRET

Türkiyə, Azərbaycan bu olayı haqlı olaraq terror təbliğatı kimi qiymətləndirib sərt şəkildə qınadı, sökülməsini tələb elədi. Amma yenə nəticə olmadı. Paşinyan bu məsələdə düşmən saydığı Sərkisyanla nə qədər qəribə də olsa, ideya ortaqlığı nümayiş etdirdi...

Yaxud İrəvanda Türkiyə və Azərbaycan bayraqlarının vaxtaşırı yandırılması faktları. Son olaraq belə bir vandalizm aktı 2026-cı il, aprelin 24-də İrəvanda qeydə alınıb. Düzdür, hökumət bu rəzilliyi pislədi, amma və lakin cəzalanan olmadı.

Odur ki, ənənəvi sual yerindədir: iqtidarlı-müxalifətli erməni xalqı həqiqətənmi qonşularla, Azərbaycanla ədalətli sülh və barışıq tərəfdarıdır? Terrorçu-baş kəsənlərə hələ də sonsuz sevgi bəsləyən, onların heykəllərini ziyarət məkanlarına çevirən bir cəmiyyələ daimi sülh mümkünmü?

Mehri olayı, sözsüz ki, təqdiredicidir. Lakin əlbəttə ki, yetərli deyil. Belə görünür ki, Paşinyanın işi çox olacaq. Hələlik ən yaxşı erməni də deyəsən odur...

Z. SƏFƏROĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR