Yaponiyanın Baş naziri Sanae Takaiti adətən sutkada cəmi 0-3 saat yatdığını, 5 saatlıq yuxunu isə əsl “dəbdəbə” hesab etdiyini bildirib.
Musavat.com xəbər verir ki, Takaitinin sözlərinə görə, o, rəsmi istirahət günlərini hökumət sənədlərini araşdırmağa, vətəndaşlardan gələn minlərlə məktubu təhlil etməyə və ev işlərini görməyə həsr edib.
Ancaq Baş nazirin bu səmimi etirafı ölkədə birmənalı qarşılanmayıb.
Müxalifət nümayəndələri bəyan ediblər ki, xroniki yuxusuzluq Baş nazirin vacib qərarlar qəbul etmək qabiliyyətinə mənfi təsir göstərə və dövlətin idarəolunma effektivliyini aşağı sala bilər.
Takaitinin tərəfdarları isə dərhal onun müdafiəsinə qalxıblar.
Onlar vurğulayıblar ki, Yaponiyanın ilk qadın Baş naziri gərgin dövlət fəaliyyətini ev işləri ilə uzlaşdırmaq məcburiyyətindədir və bu da onun üzərinə düşən yükü əhəmiyyətli dərəcədə artırır.
Bu bəyanat hökumətin yay parlament tətilinə qədər bir sıra mühüm qanun layihələrinin qəbul edilməsinə çalışdığı bir vaxtda səslənib.
Nazirlər Kabineti eyni zamanda ciddi iqtisadi çağırışlarla, o cümlədən yenanın məzənnəsinin son 39 ilin minimum səviyyəsinə düşməsi ilə mübarizə aparır.
Musavat.com
![]()






