İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna hakerlərindən rus hərbçilərinə şok əməliyyat: bu məlumətlar ələ keçirildi

765 14.02.2026 01:59 Dünya A A

Ukraynada fəaliyyət göstərən “256 KiberŞturmova Diviziya” qrupu və InformNapalm ilə Ukrainian Militant könüllüləri bloklanmış Starlink terminallarını guya aktivləşdirmək adı ilə saxta botlar yaradıb.

Musavat.com xəbər verir ki, rus hərbçilərinə vasitəçilər üzərindən cihazların açılması təklif edilib və nəticədə 2420 məlumat paketi, eləcə də bölmələrin dəqiq yerləşmə koordinatları əldə olunub.

Bununla yanaşı, Starlink aktivləşdirmək üçün “drop” olmaq istəyən 31 Ukrayna vətəndaşının müraciəti də qeydə alınıb. Toplanan məlumatlar Ukrayna hakimiyyət orqanlarına ötürülüb və həmin terminalların uzaqdan söndürülməsi təmin olunub. Hakerlər həmçinin şübhəli şəxslər barədə məlumatları Ukraynanın hüquq-mühafizə strukturlarına təqdim ediblər.

Bildirilir ki, rus hərbçilərindən əldə edilən təxminən 6 min dollar vəsait Ukrayna Silahlı Qüvvələrinə yardım məqsədilə yönləndiriləcək.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR