İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəli millət vəkilləri andiçmə mərasimində dalaşıblar

488 12.02.2026 17:34 Dünya A A

Türkiyədə ədliyyə nazirinin təyinatı zamanı ölkə parlamentinin üzvləri arasında dava düşüb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, hadisə andiçmə mərasimi zamanı baş verib. Müxalifət millət vəkilləri kürsünü ələ keçirməyə cəhd ediblər və bu da hakim partiyanın üzvləri ilə davaya səbəb olub.

Parlament üzvləri bir-birini itələyib yumruq vurublar, nəticədə bir millət vəkili burnundan xəsarət alıb. İnsidentə baxmayaraq, mərasim başa çatıb, parlament iclası isə təxirə salınıb.

Mustafa Çiftici daxili işlər naziri, İstanbulun keçmiş prokuroru Akın Gürlek isə ədliyyə naziri təyin edilib. Keçən il o, İstanbul meri Əkrəm İmamoğlunun həbsinə order verib və bu, kütləvi etirazlara səbəb olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR