İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə ilə Əsədin yaxınlaşmasına etiraz edənlər müxalifət liderini belə döydülər - ANBAAN VİDEO

1232 14.01.2023 19:58 Hadisə A A

Türkiyə ilə Bəşər Əsəd administrasiyası arasında yaxınlaşma gündəmdən düşmür. 

Musavat.com xəbər verir ki, Azezdə bu prosesə qarşı çıxan Suriya müxalifətinin təşkil etdiyi etiraz aksiyalarında müxalifət liderlərindən Səlim əl-Müslət döyülüb.

Türkiyənin son 11 ildə Suriya hökuməti ilə ilk rəsmi təması və davam edən yaxınlaşma prosesi Suriya müxalifəti arasında gərginliyə səbəb olub. Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan ötən ay Moskvada Rusiyanın müdafiə naziri Sergey Şoyqu, Suriya müdafiə naziri Əli Mahmud Abbas və iki ölkənin kəşfiyyat rəisləri ilə görüşüblər.

Üçtərəfli danışıqların ikinci mərhələsinin bu ay keçirilməsi planlaşdırıldığı halda, Suriyada müxalifətin nəzarətində olan bölgələr etirazlara səhnə olur. Türkiyə sərhədinə yaxın Azez şəhərində dünən keçirilən nümayişlərdə şok görüntülər qeydə alınıb. Qəzəbli nümayişçilər əvvəlcə Türkiyə-Suriya danışıqlarının əleyhinə şüarlar səsləndiriblər. Türkiyənin dəstəklədiyi, Suriya Müxalifət və İnqilabçı Qüvvələri Milli Koalisiyasının (SMDK) sədri Səlim əl Muslatın nümayişdə qəfil peyda olması ilə gərginlik kəskin şəkildə artıb.

Türkiye-Esad yakınlaşmasını protesto eden grup, Suriyeli muhalif lideri tekme tokat dövdü

Muslat bu ayın əvvəlində Ankarada Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu ilə görüşən Suriya müxalifətinin nümayəndə heyətinin tərkibində olub.

Musalata “Satqın” deyə qışqıran onlarla insan müxalifət liderini təqib edərək döyüb. Bildirilib ki, Muslat köməkçilərinin dəstəyi ilə izdihamdan qaçaraq maşınına minməyi bacarıb. O, ciddi xəsarət almayıb. Qəzəbli kütlə daha sonra Muslatın maşınına hücum edib. SMDK sədri Muslat hadisədən sonra verdiyi video açıqlamada Əsəd rəhbərliyinə qarşı olduqlarını izah etmək üçün nümayişə onların da qatıldığını bildirib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR