İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə–Ermənistan sərhədinin mümkün açılışı: Ermənilərdən təxribat iddiası

415 22.12.2025 18:54 Siyasət A A

Türkiyə–Ermənistan sərhədinin açılması ehtimalı fonunda münasibətlərin normallaşması prosesinə qarşı təbliğat hücumlarının intensivləşdiyi bildirilir.

Musavat.com xəbər verir ki, bu barədə “Orbeli” analitik mərkəzinin eksperti, şərqşünas Armen Petrosyan Facebook səhifəsində paylaşım edib.

Ekspert yazır ki, Ermənistana qarşı davam edən informasiya hücumları – tez-tez “hibrid müharibə” adlandırılan proses çərçivəsində – son günlər Türkiyə mətbuatında (“Aydınlık”, “Sözcü”) münasibətlərin normallaşmasına açıq şəkildə mane olmağa yönəlmiş material yayılıb. Sözügedən yazı eyni zamanda Ermənistan mediasında da tirajlanır.

Məqalədə gələcəkdə Erməni Apostol Kilsəsinin liderinin kim olacağı məsələsinə toxunulur və iddia edilir ki, guya bu qərar Eçmiədzin tərəfindən deyil, Ankara və İstanbul tərəfindən veriləcək.

Petrosyan mənbənin araşdırılmasının “proqnozlaşdırılan bir neçə istiqaməti” üzə çıxardığını qeyd edir. Onun sözlərinə görə, “Aydınlık” qəzeti Türkiyənin “Vətən” Partiyası və onun anti-erməni mövqeləri ilə tanınan lideri Doğu Perinçəyin ideoloji platforması ilə sıx bağlıdır. Qəzet tez-tez Rusiya, İran və ya Çin siyasi gündəmi ilə üst-üstə düşən mövqelər sərgiləyir, regionda Qərbin rolunu tənqid edir.

Ekspert əlavə edir ki, mövcud məlumatlara əsasən, Perinçəyin platformanın fəaliyyətini əlaqələndirən oğlu hazırda Rusiyada yaşayır və çalışır.

Türkiyə–Ermənistan sərhədinin açılması ehtimalı fonunda münasibətlərin normallaşması prosesinə qarşı təbliğat hücumlarının intensivləşdiyi bildirilir. Bu barədə “Orbeli” analitik mərkəzinin eksperti, şərqşünas Armen Petrosyan Facebook səhifəsində paylaşım edib.

Ekspert yazır ki, Ermənistana qarşı davam edən informasiya hücumları – tez-tez “hibrid müharibə” adlandırılan proses çərçivəsində – son günlər Türkiyə mətbuatında (“Aydınlık”, “Sözcü”) münasibətlərin normallaşmasına açıq şəkildə mane olmağa yönəlmiş material yayılıb. Sözügedən yazı eyni zamanda Ermənistan mediasında da tirajlanır.

Məqalədə gələcəkdə Erməni Apostol Kilsəsinin liderinin kim olacağı məsələsinə toxunulur və iddia edilir ki, guya bu qərar Eçmiədzin tərəfindən deyil, Ankara və İstanbul tərəfindən veriləcək.

Petrosyan mənbənin araşdırılmasının “proqnozlaşdırılan bir neçə istiqaməti” üzə çıxardığını qeyd edir. Onun sözlərinə görə, “Aydınlık” qəzeti Türkiyənin “Vətən” Partiyası və onun anti-erməni mövqeləri ilə tanınan lideri Doğu Perinçəyin ideoloji platforması ilə sıx bağlıdır. Qəzet tez-tez Rusiya, İran və ya Çin siyasi gündəmi ilə üst-üstə düşən mövqelər sərgiləyir, regionda Qərbin rolunu tənqid edir.

Ekspert əlavə edir ki, mövcud məlumatlara əsasən, Perinçəyin platformanın fəaliyyətini əlaqələndirən oğlu hazırda Rusiyada yaşayır və çalışır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR