İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp özünə vəkil tapa bilmir: peşəkarlar onun məğlubiyyətini qaçılmaz sayırlar  

404 27.07.2023 13:34 Siyasət A A

Keçmiş ABŞ prezidenti Donald Tramp ölkənin Ədliyyə Nazirliyinin ona qarşı irəli sürdüyü çoxsaylı ittihamlarla bağlı müdafiə olunmaq üçün vəkil tapmaqda çətinlik çəkir.

Rolling Stone nəşrinin yazdığına görə, xüsusilə 2021-ci ilin yanvarında Kapitoliyə kütləvi basqına görə ittiham irəli sürüldükdən sonra peşəkar vəkillər onun müdafiəsinə qoşulmaqdan yayınırlar. Onlar bunu bir neçə amillə izah edirlər. Əsas amil kimi vəkil reputasiyasının riskə atılması göstərilir: əksər vəkillər Kapitoliyə hücumla bağlı ittiham üzrə Trampın məğlubiyyətini qaçılmaz hesab edirlər.

Trampın bir sıra hüquqi və siyasi məsləhətçiləri keçmiş prezidentin 2020-ci ildəki seçkilərlə bağlı ittihamlara qarşı müdafiəsini “özün məhvetmə missiyası” kimi qiymətləndirirlər. Buna görə də əvvəlcədən müdafiəyə qoşulacaqlarını vəd edən bir neçə nüfuzlu vəkil bu ittihamdan sonra imtina cavabı veriblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR