İnsanlara hürriyət, millətlərə istiqlal!

Toyda bıçaqlanan Natiq Dağlaroğlunun oğlu: "Səni deşərəm" deyib, hücum etdi

1288 02.07.2022 14:04 Gündəm A A

Bakıda toyda bıçaqlanan məşhur tamada Natiq Dağlaroğlundan xəbər var.

Musavat.com xəbər verir ki, zərərçəkənin oğlu Məhəmməd atasına olan hücumla bağlı Milli.Az-a danışıb:

"Elə gecə toydan çıxdıq, toy qurtarmışdı, heç kim yox idi. Biri gəldi nəsə təhqiramiz söz dedi, atam dedi ki, "Cavansınız, gedin işinizlə məşğul olun. Ayıbdır axı, adam böyüklə belə danışmaz".

Bu məqamda bir nəfər böyürdən çıxdı, mən də bizim ansamblla bir yerdə atamın yanındayam. Yaxınlaşıb dedi "Deşərəm". Mən dedim "Sən kimi deşirsən, nə danışırsan sən? Bir az mədəniyyətin olsun". Heç demədim ki, dədəmdir. Elə ondan sonra hücum etdi, yumruq atdı mənə, bu məqamda əlbəyaxa olduq. Sonra ürəyimə bıçaqla zərbə endirmək istədi, mənə dəymədi.

Atamı isə 5-6 dəfə bıçaqla vurdu. Zərbənin iki-üçü belindən dəydi, qaraciyərini, digər orqanlarını deşib. Atam gecə 4 saat əməliyyatda olub. 1 saat, saat yarım olar ki, əməliyyatdan çıxıb. İndi atamı reanimasiyaya yerləşdiriblər. Həkimlər atamın səhhətinin orta-ağır olduğunu deyirlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR