İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiktoker Vaqa ilə bağlı qərar verildi

1381 13.01.2025 18:03 Kriminal A A

Tiktok əməliyyatında həbs edilən “Vaqa” ləqəbli tiktoker Vüqar Zeynalzadə ev dustaqlığına buraxılmayıb.

Bakı Apellyasiya Məhkəməsində tiktokerin şikayətinə baxılıb.

Tiktokerin vəkili Arzu Cavadov Yusif Nərimanov rayon məhkəməsinin müvəkkili barəsində çıxardığı 4 ay müddətinə həbs-qətimkan tədbirindən narazı olduğunu bildirib.

Vəkil vəsatətində göstərib ki, təqsirləndirilən şəxsin himayəsində 2 azyaşlı uşaq var, anası ağır onkoloji xəstəlikdən əziyyət çəkir.

Daha sonra məhkəmə yekun qərarı elan edib.

Qərara əsasən, “Vaqa” ləqəbli tiktokerin şikayəti təmin edilməyib və Nərimanov rayon məhkəməsinin onun barəsində çıxardığı qərarı qüvvədə saxlayıb.

Xatırladaq ki, “Vaqa” ləqəbli Tiktoker Vüqar Zeynalzadəyə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülüb./lent.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR