Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ABŞ-ə səfər edəcək.
Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, yanvarın 14-15-ə planlaşdırılan səfər zamanı nazir ABŞ-dəki həmkarları ilə, o cümlədən dövlət katibi Entoni Blinkenlə bir sıra görüşlər keçirəcək.
Xatırladaq ki, yanvarın 8-də mətbuat konfransı zamanı Mirzoyan bəyan edib ki, Ermənistan və ABŞ nümayəndələri strateji tərəfdaşlıq haqqında sənədin müzakirəsi üçün görüş hazırlayırlar.
"Biz strateji dialoqun səviyyəsini strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq barədə razılığa gəldik. Müvafiq sənədlər müzakirə olunur", - deyə o bildirmişdi.
Nigar HƏSƏNLİ,
Musavat.com