İnsanlara hürriyət, millətlərə istiqlal!

"Gəlin niyə mənə qulluq etməlidir?"

738 13.01.2025 20:59 Şou-biznes A A

"Gəlini evimə gətirmədim. Toydan çıxdı öz evinə getdi. Bəzədik, dedik getsinlər xoşbəxt yaşasınlar. Mənə nə qulluq edəcək? Gəlin mənə qulluq etməyə gəlib? Həkim adamdır, getsinlər öz həyatlarını yaşasınlar".

Bu sözləri Əməkdar artist Bəsti Sevdiyeva "Həftənin qonağı" verilişində deyib. Müğənni övladlarından danışıb. 

Bəsti Sevdiyeva dünyasını dəyişən həyat yoldaşından söz açıb:

"Onun yoxluğuna indi-indi öyrəşirəm. Tək həyat yoldaşı olmayıb, atam, əmim, dayım - elə bilirdim hamısı odur. Hər zaman hüzur içində olmuşuq".

Qeyd edək ki, B.Sevdiyevanın iki övladı var. Onun qızı ailəlidir və Türkiyədə yaşayır. Oğlu isə pandemiya ərəfəsində evlənib.   (Axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR