İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiflisdə erməni ailə lift qəzasında öldü  

584 15.01.2023 12:41 Hadisə A A

Gürcüstanın paytaxtında erməni ailəsi liftdə baş vermiş nasazlıq üzündən ölüb.

Musavat.com erməni mediasına istinadən bildirir ki, faciə Tiflis şəhərinin Vazisubani yaşayış massivində baş verib. Kişinin liftin şaxtasından yıxıldığını görən həyat yoldaşı ona kömək etmək üçün aşağı enib. Bu zaman lift işə düşüb və nəticədə cütlüyün 4 yaşlı oğlunun gözü qarşısında faciə baş verib.
Gürcüstanın “Resonancedale” nəşrinin məlumatına görə, ölənlər 36 yaşlı Arman Sarkisov və 32 yaşlı Armine Voskanyandır.

Yerli sakinlər hadisəyə görə şəhər hakimiyyətini günahlandırırlar. Onların sözlərinə görə, liftin istismar müddəti çoxdan başa çatıb və qəzalı vəziyyətdə olub. Rayon rəhbərliyi isə iddia edir ki, liftin təmiri ilə bağlı onlara müraciət edilməyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR