İnsanlara hürriyət, millətlərə istiqlal!

"Tezliklə razılaşmağa məcbur olacaqlar..."-Rubio İranın gizli yalvarışlarını ifşa etdi!

324 23.07.2026 12:57 Dünya A A

Birləşmiş Ştatlar və İran arasında davam edən geosiyasi gərginlik fonunda Vaşinqtondan Tehran rejimini hədəf alan növbəti sərt və ifşaedici bəyanat gəlib.

Musavat.com xəbər verir ki, ABŞ Dövlət katibi Marko Rubio İran rəhbərliyinin pərdəarxası fəaliyyətinə dair şok iddialar irəli sürərək, rəsmi Tehranın hər gün Vaşinqtona yalvardığını bildirib. "Onlar hər gün bizə zəng edib saziş bağlamaq üçün yalvarırlar", — deyə ABŞ-ın baş diplomatı vurğulayıb.

Rubionun sözlərinə görə, İran tərəfi hər dəfə hansısa razılaşma əldə edəndə ya onun şərtlərini kobud şəkildə pozur, ya da sənəd imzalandıqdan dərhal sonra onu dəyişdirməyə çalışır. Dövlət katibi hazırda İranın yeni bir sazişə tam hazır olmadığını, lakin mövcud ağır şərtlər səbəbindən tezliklə buna məcbur qalacağını qeyd edib.

O, həmçinin Tehranın nümayişkaranə mövqeyinə ironiya ilə yanaşaraq əlavə edib: "Onların yüksək tonlu bəyanatlarına və 'Lego' üslubunda çəkdikləri axmaq videoroliklərə baxmayaraq, hazırda kəskin şəkildə əziyyət çəkirlər və ağılları başlarına gələnə qədər daha çox əziyyət çəkməyə davam edəcəklər".

Musavat/com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR