İnsanlara hürriyət, millətlərə istiqlal!

"Prezidentimizi həbs edə bilməzsiniz"- Dövlət katibi ABŞ-ın gizli xəbərdarlığını açıqladı

334 23.07.2026 13:40 Dünya A A

Vaşinqton Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) yurisdiksiyasını və fəaliyyətini kəskin şəkildə rədd edərək, bu qurumu sərt ittihamlarla hədəf alıb.

Musavat.com xəbər verir ki, ABŞ Dövlət katibi Marko Rubio BCM-ni "axmaq təşkilat" adlandıraraq, Birləşmiş Ştatların bu müqaviləni heç vaxt imzalamadığını və ona üzv olmadığını xatırladıb.

Onun sözlərinə görə, məhkəmə heç bir əsası olmadan sazişə daxil olmayan ölkələrin dövlət başçılarını və digər şəxsləri təqib etmək və həbsə atmaq hüququna malik olduğunu iddia edir. Rubio qurumu sərt dillə tənqid edərək bildirib: "BCM-də ABŞ hərbçilərini, bəlkə də hazırkı və ya gələcək prezidentimizi məsuliyyətə cəlb etməkdən danışan dəlilər və psixlər əyləşib. Amma bu heç vaxt baş verməyəcək".

Dövlət katibi vurğulayıb ki, ABŞ öz vətəndaşlarına qarşı belə bir addımın atılmasına nə indi, nə də gələcəkdə dözməyəcək.

O, rəsmi Vaşinqtonun məhkəməni dəfələrlə xəbərdar etdiyini qeyd edərək, BCM-nin ABŞ-ı heçə saymasının ağır nəticələri ilə tezliklə üzləşəcəyini bəyan edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR