ABŞ kəşfiyyatı Rusiyanın Yaxın Şərqdə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) obyektlərinə İran tərəfindən endirilən zərbələrdə ehtimal olunan iştirakını araşdırır.
Musavat.com xəbər verir ki, bu barədə mənbələrinə istinadən "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, Moskva tərəfindən Tehrana hədəfəalma üçün kəşfiyyat məlumatlarının verilməsi və dronların dəqiqliyini artırmaq üçün texnologiyaların ötürülməsi versiyası yoxlanılır.
Mart ayında ABŞ-ın Səudiyyə Ərəbistanındakı səfirliyi nəzdindəki MKİ rezidenturası və İraqın şərqindəki obyekt hücuma məruz qalıb.
Mənbələr vurğulayır ki, xüsusilə Ər-Riyaddakı dəniz diplomatiya missiyasına olunmuş hücum zamanı (itki olmadan keçib) bir pilotsuz uçuş aparatı divarı deşib, ikincisi isə yaranmış yarıqdan içəri daxil olub.
Kəşfiyyat xidmətinin qənaətinə görə, İran Radioelektron Mübarizə (REM) vasitələrinə qarşı davamlı olan Rusiyanın "Kometa-M" peyk naviqasiya sistemi ilə təchiz edilmiş "Shahed-136" dronlarından istifadə edib. Kreml isə bundan əvvəl bu qəbildən olan məlumatları feyk adlandırıb.
Musavat.com






