Dünya ictimaiyyətinin diqqəti Vaşinqton və Moskva arasında Ukrayna böhranı ilə bağlı keçirilən yüksək səviyyəli təmaslara yönəlib.
Musavat.com xəbər verir ki, ABŞ Dövlət katibi Marko Rubio rusiyalı həmkarı, Xarici İşlər naziri Sergey Lavrov ilə Ukraynadakı müharibənin başa çatdırılması yollarını müzakirə etdiyini açıqlayıb. Keçirilən görüşü yüksək qiymətləndirən Rubio Rusiya XİN rəhbəri ilə olduqca "yaxşı və səmimi bir söhbət" apardıqlarını vurğulayıb.
Dövlət katibi rəsmi Vaşinqtonun mövqeyini ifadə edərək, Birləşmiş Ştatların Ukraynadakı münaqişənin tənzimlənməsi prosesində konstruktiv rol oynamağa tam hazır olduğunu diqqətə çatdırıb.
Marko Rubio həmçinin əlavə edib ki, regionda dayanıqlı sülhün bərqərar olunması üçün artıq köhnə yanaşmalardan əl çəkmək, tamamilə yeni ideyalar və təkliflər irəli sürmək lazımdır.
Musavat.com






