İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın “yaşıl enerji” layihələri beynəlxalq karbon bazarında yeni uğura imza atıb

214 23.07.2026 13:21 Ölkə A A

Azərbaycanın enerji sektorunda daha bir tarixi uğur əldə olunub. 

Musavat.com xəbər verir ki, “AzərEnerji” ASC ilə “SOCAR Trading”in birgə əməkdaşlığı çərçivəsində Kəlbəcər rayonunda yerləşən “Çıraq-1”, “Çıraq-2”, “Soyuqbulaq”, “Meydan” və “Qamışlı” kiçik su elektrik stansiyaları beynəlxalq karbon sertifikatı almaq üçün uğurla qeydiyyatdan keçib. 

Bu stansiyalar üzrə illik 37 min ton karbon emissiyasının azaldılması təsdiqlənəcək və müvafiq karbon sertifikatları təqdim ediləcək.

Xatırladaq ki, bu ilin yanvarında Laçında yerləşən “Mirik” və “Qaraqışlaq” kiçik su elektrik stansiyaları İsveçrədə yerləşən beynəlxalq karbon sertifikatlaşdırma qurumu Gold Standard tərəfindən 10 745 vahid karbon krediti əldə edib. Bu, Azərbaycanın bərpa olunan enerji layihələri üzrə beynəlxalq karbon bazarında qazandığı ilk karbon kreditləri olmaqla ölkənin “yaşıl enerji” tarixində mühüm mərhələ hesab olunur.

Karbon sertifikatlarının əldə edilməsi istiqamətində işlər davam etdirilir. Hazırda Laçında yerləşən “Mişni”, “Alxaslı” və “Ağbulaq-2” su elektrik stansiyalarının beynəlxalq qeydiyyat prosesi davam edir. Eyni zamanda Zəngilanda yerləşən “Şayıflı”, “Cahangirbəyli”, “Zəngilan” və “Şeylanlı” su elektrik stansiyalarının karbon sertifikatları alması üçün hazırlanmış layihə sənədləri beynəlxalq ekspertlər tərəfindən qiymətləndirilir.

Məlumat üçün bildirək ki, “AzərEnerji” tərəfindən tikilən “Ağbulaq-2” və “Şeylanlı” su elektrik stansiyaları bu ayın 11-də, digər stansiyalar isə daha əvvəl - 2023, 2024 və 2025-ci illərdə Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR