İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycan mətbuatı üçün böyük örnəkdir” – Arzuxan Əlizadədən Rauf Arifoğluna YUBİLEY TƏBRİKİ

164 23.07.2026 11:45 Ölkə A A

Milli Məclisin deputatı, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlunu 60 illik yubileyi münasibətilə təbrik edib.

Musavat.com xəbər verir ki, deputat öz təbrikində Rauf Arifoğlunun milli-azadlıq hərəkatından başlayan mübarizə yoluna və Azərbaycan jurnalistikasına bəxş etdiyi peşəkarlıq məktəbinə diqqət çəkib.

Məktubun mətnini təqdim edirik:

"Hörmətli, Rauf bəy!

Sizi 60 illik yubiley yaşınız münasibəti ilə səmimi qəlbdən təbrik edirəm!

Siz Azərbaycanın ictimai-siyasi həyatında fəal və prinsipial vətəndaş mövqeyinizlə, o cümlədən müstəqillik dövrü milli mətbuatımızın inkişafına əhəmiyyətli tövhələr vermiş parlaq bir imza sahibi olaraq tanınır və yüksək qiymətləndirilirsiniz.

Azərbaycan milli-azadlıq hərəkatının ön sıralarında başlayan mübarizə yolunuz, “Yeni Müsavat”ı yaratmaq və 37 il ərzində ölkənin bu aparıcı media qurumuna rəhbərlik etmək kimi şərəfli bir missiya ilə davam etməkdədir. Azərbaycan mətbuatının çətin, lakin çətin olduğu qədər də şərəfli mərhələlərindən keçərək formalaşdırdığınız peşəkarlıq məktəbi isə bu gün də gənc jurnalistlər nəsli üçün böyük bir örnəkdir.

Siz, 60 illik ömür yolunuzda istedadlı jurnalist və media rəhbəri olmaqla yanaşı, eyni zamanda dövlətçiliyimizin və müstəqilliyimizin keşiyində dayanan, milli maraqları hər şeydən uca tutan cəsarətli bir ziyalı olaraq da tanınmaqdasınız.

Hörmətli, Rauf bəy!

Bu əlamətdar gündə Sizi bir daha ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, şəxsi həyatınızda və işgüzar fəaliyyətinizdə bundan sonra da davamlı yaradıcılıq uğurları arzulayıram!".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR