İnsanlara hürriyət, millətlərə istiqlal!

“Terrorçu rejimin dəstələri Azərbaycan ordusunun legitim hədəfidir” - ekspertdən Sərsənglə bağlı SOS

923 23.04.2023 00:40 Gündəm A A

“Sərsəng su anbarında suyun səviyyəsi getdikcə azalır: ekoloji fəlakətin yaranmasına səbəb separatçıların elektrik enerjisinin böyük hissəsini buradakı SES-dən əldə etməsi, nəticə etibarilə, həddindən artıq yüklənmədir; son məlumatlara görə, suyun səviyyəsi 20 metr aşağı düşüb və bu tendensiya davam edir”.

Musavat.com bildirir ki, bu fikirlər siyasi şərhçi Asif Nərimanlıya məxsusdur. Ekspertin sözlərinə görə, mövcud vəziyyət rəsmi Bakının Sərsəngin xilası üçün hansı addım ata biləcəyi məsələsini də gündəmə gətirir: “Bunu iki kontekstdə dəyərləndirmək mümkündür:

Birincisi, Sərsəngi xilas etmək məqsədilə ekoloji müstəvidə hərəkətə keçmək;

Bakı ermənilərlə təmaslar quraraq, su anbarına baxış keçirə və ekoloji fəlakətin qarşısını almağın yollarını axtara bilər. Ötən ilin 24 avqust tarixində Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndələri ermənilərlə birlikdə Sərsəngə baxış keçirmişdi və su anbarından birgə istifadə ilə bağlı razılıq əldə olunmuşdu. Digər razılaşma əraziyə baxışın gələcəkdə də mütəmadi həyata keçirilməsinə dair idi. Lakin sonrakı dövrdə əraziyə baxışın keçirilməsi mümkün olmayıb”

A.Nərimanlı hesab edir ki, rəsmi Bakı SES-dəki yüklənmənin aradan qaldırılmasını tələb etməsi də versiyalardan biridir, hərçənd, separatçıların buna əməl etməyəcəyi ehtimalı daha yüksəkdir və onların cavabını da təxmin etmək çətin deyil: “SES-dəki yükslənməni azaltmaq üçün Ermənistandan elektrik enerjisinin verilməsi bərpa olunmalıdır, əks təqdirdə, enerji problemini həll etmək mümkün deyil”;
Mövcud vəziyyət və versiyalar ekoloji müstəvidə addımların atılmasının nəticə verə biləcəyi gözləntisini azaldır.

İkincisi, Sərsəngə nəzarətin bərpa olunması məqsədilə hərbi müstəvidə hərəkətə keçmək”.

Ekspert xatırladıb ki, ötən ilin 3 avqustunda separatçıların təxribatına cavab olaraq keçirilən əməliyyatda da ordumuz PUA-larla Sərsəng su anbarının yaxınlığında yerləşən (Kəlbəcərin Heyvalı kəndi istiqamətində) terrorçuların kazarmalarına zərbələr endirmişdi: “Bu, o deməkdir ki, Sərsəng ətrafında yerləşən terrorçu rejimin dəstələri Azərbaycan ordusunun legitim hədəfidir və Bakı bu hədəfləri sıradan çıxarmaq məqsədilə hərəkətə keçə, buna paralel olaraq, su anbarına nəzarəti bərpa edə bilər.

Su anbarına nəzarətin bərpa edilərsə:

- Anbarın üzləşdiyi ekoloji fəlakətin qarşısı alınacaq;

- Qarabağın digər ərazilərinin su çatışmazlığı həll ediləcək;

- Azərbaycanın bir çox rayonunun üzləşdiyi su qıtlığı probleminin həllində yeni mənbə əldə ediləcək;

Sərsəngə nəzarətin bərpa edilməsi həm də separatçıların elektrik enerjisi mənbəsindən böyük ölçüdə məhrum olmasına, daha çətin vəziyyətə düşmələrinə səbəb olacaq amildir. Bu isə onların Bakıya təslim olmasını, yaxud Qarabağdan qaçmasını sürətləndirə bilər. Qarabağdakı ermənilərin digər ehtiyacları kimi elektrik enerjisi təminatı da reinteqrasiya prosesi çərçivəsində Azərbaycan hökuməti tərəfindən həll edilə bilər”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR