İnsanlara hürriyət, millətlərə istiqlal!

Təkbaşına canavar sürüsünə hücum edən şəxsin bu görüntüləri gündəm oldu - VİDEO

1981 14.01.2023 19:47 Hadisə A A

Gecə yarısı yemək axtarmaq üçün kəndə enən canavar sürüsü qarşılarına çıxar iti tutub aparıblar.

Musavat.com xəbər verir ki, səsləri eşidib bayıra çıxan yerli sakinlərdən biri itini xilas etmək üçün canavar sürüsünə qarşı təkbaşına mübarizə aparıb. 

Sözügedən hadisənin Türkiyənin Ardahan vilayətində baş verdiyi bildirilir. Hadisə anı təhlükəsizlik kamerası tərəfindən saniyə-saniyə lentə alınıb. Qış aylarının sərt keçdiyi Türkiyə əyalətlərində vəhşi heyvanlar bəzən yaşayış məntəqələrinə enib yem axtara bilirlər. 

İtinin çarəsiz fəryadını eşidən sahibi bir an belə tərəddüd etmədən onu xilas etmək üçün canavar sürünün arxasınca gedib.

Təhlükəsizlik kamerası tərəfindən saniyə-saniyə qeydə alınan həmin anların görüntüləri sosial mediada böyük əks-səda doğurub. Qısa müddətdə yarım milyona yaxın insanın izlədiyi videonun altına çoxlu şərhlər yazılıb. İzləyicilər həmin şəxsin bu addımını yüksək qiymətləndiriblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR