Bu gün səhər ABŞ-ın Tehran-Məşhəd dəmir yolu xəttinin bir hissəsinə endirdiyi zərbə nəticəsində Tehran-Məşhəd istiqamətində qatarların hərəkəti dayandırılıb. İran İslam Respublikası Dəmir Yolları məlumat yayıb.
Bildirilib ki, texniki və əməliyyat qrupları dərhal hadisə yerinə göndərilib və zərər görmüş hissənin bərpası istiqamətində işlərə başlanılıb. Xəttin qısa müddətdə istifadəyə verilməsi üçün tədbirlər görülür.
Hərəkəti dayandırılmış qatarların sərnişinlərinin Məşhəd şəhərinə daşınması üçün avtomobil nəqliyyatı vasitəsilə alternativ marşrut təşkil edilib.
Qeyd edək ki, ABŞ ötən gecə və bu gün İranın bir sıra bölgələrinə zərbə endirib, nəticədə insan tələfatı və maddi ziyan qeydə alınıb. Xuzistan Valiliyi bu gün səhər saatlarında Əhvaz ətrafında yerləşən bir məntəqəyə edilən hücum nəticəsində 3 nəfərin həlak olduğunu, bir neçə nəfərin isə yaralandığını açıqlayıb.
Yaralıların müalicəsi və onlara yardım göstərilməsi istiqamətində tədbirlər davam etdirilir.
TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi ekspert Əli Mustafa ilə müzakirə edir.






